Əmanətlərin Sığortalanması Fondu beynəlxalq əməkdaşlıqlarını genişləndirir
Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) icraçı direktorunun müavini Akşın Cahangirov Fondun Koreyadakı analoqu olan Koreya Əmanətlərin Sığortalanması Korporasiyasının (KDIC) sədri və prezidenti Dr. Yoo Jaehoon ilə 27 sentyabr 2023-cü il tarixində anlaşma memorandumu imzalamışdır.
ƏSF-in yaydığı məlumatda bildirilri ki, adıçəkilən memorandum, ƏSF və KDIC arasında əmanətlərin sığortalanması sahəsində birgə beynəlxalq əməkdaşlığı təşviq etmək, eləcə də, Korporasiyasının qabaqcıl təcrübəsindən yararlanaraq ƏSF-nin ləğvetməsində olan bankların ləğv prosesinin çevik və sürətli şəkildə başa çatdırılması prosesini təkmilləşdirmək, ölkəmizdə əmanətlərin sığortalanması sisteminin inkişafını gücləndirmək və maliyyə savadlılığını artırmaq məqsədi başlıca məna kəsb edir.
Qeyd edək ki, memorandum çərçivəsində əsas əməkdaşlıq istiqamətləri və hədəfləri, əmanətlərin sığortalanması sisteminin inkişafına müsbət töhfəsi, ƏSF-nin KDIC-nin qabaqcıl təcrübəsindən yararlanmaqla, bankların ləğv prosesinin optimallaşdırılmasını həyata keçirmək məqsədilə ƏSF-nin potensiallı insan resurslarının təcrübi və nəzəri biliklərinin artırılmasına dəstəyin göstərilməsini, aktivlərin idarəedilməsi prosesinin səmərəliliyinin artırılmasını və kompensasiyaların ödənilməsinin sürətləndirilməsini təmin etməkdir.
Bundan əlavə, zəruri hesab edildiyi təqdirdə təcrübə mübadiləsinin həyata keçirilməsi və əmanətlərin sığortalanması sistemi üzrə çoxistiqamətli araşdırmaların aparılması məqsədilə ƏSF-nin və Korporasiyanın insan resurslarından ibarət birgə tədqiqat qrupu yaradılacağı nəzərdə tutulur.
Xatırladaq ki, beynəlxalq əməkdaşlığa böyük önəm verən ƏSF, 26 sentyabr tarixində Əmanətlərin Sığortaçılarının Beynəlxalq Assosiasiyasının (IADI) ABŞ-də keçirilən İllik Ümumi Yığıncağında tam səsvermə hüququna malik təşkilat olaraq Assosiasiyanın yeni prezidentinin və icraedici şurasının tərkibinin seçilməsi üçün səsvermədə iştirak etmişdir. Əlavə olaraq, ƏSF aparıcı ölkələrin ən qabaqcıl təcrübələrini öyrənmək və öz fəaliyyətində tətbiq etmək üçün beynəlxalq qurumlarla əlaqələrin daha da genişləndirilməsi məqsədilə çoxillik və peşəkar fəaliyyət strategiyasına malik olan Türkiyə, İspaniya, Fransa, Qazaxıstan və Özbəkistan kimi ölkələrin nümayəndə heyəti ilə işgüzar görüşlər həyata keçirmişdir. Görüşlər zamanı, adıçəkilən ölkələrin nümayəndə heyəti ilə ƏSF-nin fəaliyyət istiqamətləri və inkişaf perspektivləri, habelə maliyyə innovasiyaları, kiber təhlükəsizlik və məlumatların qorunması, o cümlədən maliyyə sistemində cərəyan edən ən aktual mövzular haqqında ətraflı müzakirələr aparılmışdır. Xüsusi olaraq da qeyd etməliyik ki, risklərin idarə edilməsi üzrə ən aparıcı maliyyə, konsaltinq və təlim xidmətlərini həyata keçirən institut-Toronto Mərkəzinin (Toronto Centre) rəhbəri Babək Abbaszadə ilə Azərbaycanda maarifləndirici tədbirlərin keçirilməsi, əmanətlərin qorunması mexanizminin təkmilləşdirilməsi, müasir dövrün başlıca tələbi olan rəqəmsallaşma sahəsində yeni addımların atılması mövzuları haqqında müzakirələr aparılmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 35 d. əvvəl
- 49 d. əvvəl
-
-
56 d. əvvəl
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
1 saat əvvəl
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
-
1 saat əvvəl
Dövlət Turizm Agentliyinin sədri: "Turizmdə uğur artıq turist sayı ilə ölçülmür"
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mərkəzi Bank sabah növbəti faiz qərarını açıqlayacaq
52 minə yaxın müraciət üzrə 10 min 220 yollayış verilib
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
Azərbaycan neftinin son qiyməti
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
Ən çox oxunanlar
Dollara 7,2 faiz gəlir təklifi - BANK İSTİQRAZ BURAXIR
Rəsmi məzənnələr açıqlandı
FED-in keçmiş sədri Alan Qrinspan 100 yaşında vəfat edib
SpaceX-in səhmləri bazar ertəsi 16 faiz ucuzlaşıb
ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib



























