Ən böyük bankda böyük artımlar – ABB MALİYYƏ VƏZİYYƏTİNİ AÇIQLADI
Aktivlərinin həcminə görə Azərbaycanda ən böyük bank olan "ABB" ASC (Azərbaycan Beynəlxalq Bankı) 2023-cü ilin 9 ayını (yanvar-sentyabr) 250 milyon 866 min manat xalis mənfəətlə başa vurub. Bank 2022-ci ilin 9 ayını 209 milyon 914 min manat xalis mənfəətlə bağlamışdı. Beləliklə, ABB-nin xalis mənfəəti 2023-cü ilin 9 ayında 2022-ci ilin eyni dövrü ilə müqayisədə 40 milyon 952 min manat və ya 19,5 % artıb. Xalis mənfəətin artması gəlirlərin artmasından qaynaqlanır.
Marja.az-ın məlumatına görə, 2023-cü ilin 9 ayı ərzində ABB-nin cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 740 milyon 94 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 351 milyon 247 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 388 milyon 847 min manat təşkil edib. Bank əməliyyat mənfəətindən 53 milyon 100 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırıb. 84 milyon 880 min manat mənfəət vergisi hesablayıb və ondan 63 milyon manatı dövlət büdcəsinə ödənilib.
2023-cü ilin 9 ayı ərzində 2022-ci ilin 9 ayı ilə müqayisədə ABB-nin faiz gəlirləri 172 milyon 856 min manat və ya 43% artaraq 575 milyon 592 min manata, qeyri-faiz gəlirləri 31 milyon 306 min və ya 23,5% artaraq 164 milyon 502 min manata yüksəlib.
2023-cü ilin 9 ayı ərzində 2022-ci ilin 9 ayı ilə müqayisədə ABB-nin faiz xərcləri 36 milyon 827 min manat və ya 62,3% artaraq 95 milyon 958 min manat, qeyri-faiz xərcləri 60 milyon 234 min manat və ya 30,9% artaraq 255 milyon 289 min manat təşkil edib.
ƏMƏLİYYAT MƏNFƏƏTİ 107 MİLYON MANATDAN ÇOX ARTIB
2023-cü ilin 9 ayı ərzində 2022-ci ilin 9 ayı ilə müqayisədə ABB-nin əməliyyat mənfəəti 107 milyon 101 min manat artaraq 388 milyon 847 min manat təşkil edib. Bank 2022-ci ilin 9 ayı ərzində 281 milyon 746 min manat əməliyyat mənfəəti əldə etmişdi.
ABB-nin ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirləri 1,8 dəfədən çox artaraq 91 milyon 887 min manat olub.
MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR 1 MİLYARD MANATA YAXIN ARTIB
ABB-nin kredit portfeli (müştərilərə verilmiş kreditlər) 2022-ci ilin sonu ilə müqayisədə 958 milyon 403 min manat və ya 27,1% artaraq 30 sentyabr 2023-cü il tarixində 4 milyard 488 milyon 984 min manata çatıb. Bankın, biznes kreditləri portfeli 449 milyon 420 min manat artaraq 2 milyard 87 milyon 357 min manata, ipoteka kreditləri portfeli isə 204 milyon 119 min manat artaraq 1 milyard 124 milyon 55 min manata yüksəlib.
30 sentyabr 2023-cü il tarixində "ABB" ASC 11 milyard 434 min 796 min manat cəmi aktivlərə malik olub.
FİZİKİ ŞƏXSLƏRİN DEPOZİTLƏRİ 2 MİLYARD MANATI KEÇİB
Cari ilin 9 ayı ərzində ABB-də fiziki şəxslərin depozitləri 151 milyon 999 min manat artaraq 2 milyard 59 milyon 77 min manata çatıb.
30 sentyabr 2023-cü il tarixində “ABB" ASC 1 milyard 499 milyon 282 min manat məcmu kapitala malik olub. Bankda 1-ci dərəcəli kapitalın adekvatlıq əmsalı 17,28% (minimum 6%), məcmu kapitalın adekvatlıq əmsalı 20,44% (minimum 12%) və leverec əmsalı 10,70% (minimum 5%) olub.
Qeyd edək ki, "ABB" ASC-nin nizamnamə kapitalının 96,6%-i dövlətə məxsusdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
15 d. əvvəl
İrana və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı azalıb - 31,4 faiz və 7,1 faiz azalma
-
18 d. əvvəl
Azərbaycana turist axını 10%-dən çox, körfəz ölkələrindən gələnlərin sayı 28 faiz azalıb
-
29 d. əvvəl
Kapital Bank dünyaca məşhur “Federated Hermes Limited” şirkəti ilə əməkdaşlığa başladı
-
1 saat əvvəl
“Maliyyə passivliyinə qarşı “peyvənd”: Səhm, IPO və investor təfəkkürü” - MÜSAHİBƏ
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Qızılın qiyməti ilə bağlı diqqətçəkən proqnoz: "10 min dollara yüksələcək"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Kapital Bank dünyaca məşhur “Federated Hermes Limited” şirkəti ilə əməkdaşlığa başladı
ABB səhmdarlarına dividend ödənişi başa çatdı
Dolların 50 Türkiyə lirəsinə yüksələcəyi proqnozu verilib
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Natura meyvə şirələri daha bir sosial layihənin təşkilatçısı oldu
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 23 GÜN
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
Tramp: Netanyahu mən nə istəsəm, onu edəcək
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir






.jpg)
.jpg)






.jpg)







