Bakı sərnişin vağzalında ödənişsiz aksiya
28 iyul – Ümumdünya Hepatit Günü münasibətilə Referans Klinik Laboratoriya Mərkəzinin, LOR hospitalının və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin dəstəyi ilə, Bakı dəmir yolu vağzalında, könüllülük prinsipi əsasında, təmənnasız olaraq, Hepatit B və Hepatit C virusunun ekspress metodla təyini aparılıb.
“Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın verdiyi məlumata görə, tədbirin keçirilməsində məqsəd əhalinin maariflənməsində və bu təhlükəli virusların ilkin müayinəsinin aparılmasında, bir səhiyyə qurumu olaraq, öz töhfəsini verməkdir.
Xatırladaq ki, 2010-cu ildə Ümumdünya Səhiyyə Təşkilatı və Dünya Hepatit Birliyi tərəfindən bütün dünyada insanların diqqətini hepatit xəstəliyinə yönəltmək məqsədilə, 28 iyul Ümumdünya Hepatit Günü elan olunub. Bu günün məhz iyulun 28-də qeyd olunması Hepatit B virusunu kəşf edən və ona qarşı birinci vaksini yaradan, bu nailiyyətinə görə Nobel mükafatı alan professor Barunch Blumberqin anadan olduğu tarixlə bağlıdır.
Aksiya çərçivəsində 100-ə yaxın vətəndaşda Hepatit B və Hepatit C virusunun ekspress metodla təyini aparılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 12 saat sonra
-
-
2 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 8 saat əvvəl
-
9 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























