"1000 manatlıq taxılı qorumaq 10-11 manat, meyvə bağları üçün 15-20 manat sığorta ödənişi tələb edilir"
Əkin sahələrinə dəyən zərərə görə sığorta ödənişləri başlayacaq – İsmayıllıda Aqrar Sığorta ilə bağlı regional tədbir keçirilibAzərbaycandaəkin sahələrinə dəyən zərərlər, o cümlədən may-iyun aylarında müşahidə olunan qeyri-sabit hava şəraiti nəticəsində yaranan zərərlərə görə aqrar sığorta ödənişlərinə yaxın günlərdə başlanacaq.
Bu barədə İsmayıllı rayonunda “Dayanıqlı fermer fəaliyyəti üçün aqrar sığorta” mövzusunda regional tədbirdə bildirilib.
Aqrar Sığorta Fondu və İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə Dağlıq Şirvan iqtisadi rayonunda baş verən sel-subasma nəticəsində fermerlərə dəyən zərər, bu hadisələrin vurduğu zərərin qarşılanmasında aqrar sığortanın əhəmiyyəti və fermerlər üçün faydaları açıqlanıb.
İsmayıllı, Şamaxı, Qobustan və Ağsu rayonlarından olan fermerlərin də iştirak etdiyi tədbirdə çıxış edən İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Eyyub Musayev rayonda aqrar sektorun, cümlədən əkin sahələri, meyvə bağları və heyvandarlıq təsərrüfatlarının inkişafı barədə məlumat verib. Bununla yanaşı, E.Musayev, son dövrlər baş verən sel-subasma hadisələrinin rayondakı təsərrüfatlara böyük zərər vurduğunu bildirib, belə halların qarşısının alınması üçün fermerləri aqrar sığortadan faydalanmağa dəvət edib.
Tədbirdə qeyd edilib ki, dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta vasitəsilə bitkiçilik, heyvandarlıq və balıqçılıq təsərrüfatlarını sığortalamaq mümkündür. Fermerlərə dəstək üçün aqrar sığorta haqqının 50%-ni dövlət ödəyir.
Tədbirdə çıxış edən Aqrar Sığorta Fondunun idarə heyətinin sədri Fuad Sadıqov xatırladıb ki, Dağlıq Şirvan regionu aqrar sığortadan ən çox faydalanan bölgələrdən biridir. Belə ki, ölkədə əkin sahələri üzrə ilk aqrar sığorta ödənişi İsmayıllı rayonunda həyata keçirilib. Ümumilikdə isə Aqrar Sığorta Fondu tərəfindən Dağlıq Şirvan bölgəsindəki fermer və təsərrüfatlara indiyədək 450 min manata yaxın sığorta ödənişi edilib.
Qeyd edək ki, Dağlıq Şirvan bölgəsi 2023-cü ildə iqlim hadisələrindən ən çox zərər çəkən bölgələrdən olub, bu ərazidə xüsusilə sel-subasma hadisələri böyük zərərlər törədib.
Fuad Sadıqov bildirib ki, 2023-cü ildə müşahidə olunan qeyri-sabit hava şəraiti, sel və daşqınlar səbəbindən sığorta hadisələri kəskin artıb, nəticədə bu il sığorta ödənişləri daha da artacaq. Fond sədri bildirib ki, Aqrar Sığorta Fondu hadisələri qarşılamaq üçün zəruri ehtiyatları yaradıb və fermerlərə dəyən zərərin ödənilməsinə yaxın günlərdə başanılacaq.
Tədbirdə iştirak edən fermer və təsərrüfat sahibləri quraqlıq, sel-subasma və 3-cü şəxslərin hərəkəti nəticəsində dəyən zərərlərə görə ödənişlərin verilməsi, dəyən zərərin hesablanması ilə bağlı sual və təkliflərini səsləndiriblər.
Fermerlər xüsusilə dəmyə ərazilərində quraqlıq risklərindən sığortanın tətbiqi ilə bağlı Fond rəhbərliyinə suallar ünvanlayıblar. ASF-nin idarə heyətinin sədri Fuad Sadıqov bildirib ki hazırda Fond quraqlıq risklərindən sığorta üzrə yeni mexanizmin hazırlanması üzərində işləyir.
Fond rəhbəri qarşıdan payızlıq əkin mövsümünün gəldiyin xatırladaraq fermerləri vaxt itirmədən əkin sahələrini sığorta etməyə, eləcə də əldə edəcəkləri məhsulun həcmini düzgün bəyan etməyə çağırıb.
Tədbirdə bildirilib ki, Dağlıq Şirvan regionunda 1000 manatlıq taxıl məhsulunu qorumaq üçün cəmi 10-11 manat məbləğində sığorta ödənişi tələb edilir, meyvə bağlarının sığortalanmasında isə bu məbləğ 1000 manatlıq məhsul üzrə 15-20 manat arasında dəyişir.
İsmayıllı rayon İcra hakimiyyəti, Aqrar Sığorta Fondu və fermerlər arasında fikir mübadiləsi formasında keçirilən görüşdə Aqrar Sığorta Fondunun elektron yenilikləri – «Aqrar Sığorta Kalkulyatoru» və «Sığorta şəhadətnaməsini yoxla» xidmətləri barədə məlumat verilib.
Fermerlərlə görüşlə yanaşı, sentyabrın 26-da Aqrar Sığorta Fondunun idarə heyətinin sədri Fuad Sadıqov İsmayıllıda vətəndaş qəbulu da keçirib. Qəbulda İsmayıllı, Ağsu, Şamaxı, Qobustan, Yevlax və sair bölgələrin vətəndaşları iştirak edib.
Qəbul zamanı əkin subsidiyaların ödənilməsi, aqrar sığorta haqlarının hesablanması və ödənişi, baş verən hadisələrə görə, sığorta ödənişlərinin həyata keçirilməsi ilə bağlı vətəndaşların müraciətləri dinlənilib. Qaldırılan bəzi məsələlərin həlli ilə bağlı yerindəcə göstəriş verilib, digər məsələlər araşdırmaya götürülüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
7 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur



















