"Qiyməti 300 manat olan qoyunları 9-10 manata, 2000 manatlıq inəkləri 61-95 manata sığorta etmək mümkündür"
"Müxtəlif meyvə bağlarında 1000 manatıq məhsulu qorumaq üçün cəmi 20-30 manat sığorta haqqı ödəmək kifayətdir".Qazax rayonunda “Dayanıqlı fermer fəaliyyəti üçün aqrar sığorta” mövzusunda regional tədbir keçirilib.
Marja.az xəbər verir ki, Aqrar Sığorta Fondu və Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə aqrar sığorta vasitəsilə əkin sahələri və heyvanların sığortalanması, hadisə baş verərkən ödəniş prosesinin detalları ilə bağlı geniş məlumat verilib. Bildirilib ki, iribuynuzlu və xırdabüynuzla heyvanları cüzi məbləğ ödəməklə sığotalamaq olar. Xüsusilə son aylar baş verən sel və daşqın hadisələri zamanı heyvanları sel apardığı xatırlanıb və bildirilib ki, qiyməti 300 manat olan qoyun və keçiləri cəmi 9-10 manata, qiyməti 2000 manat olan inəkləri isə 61-95 manata sığorta etmək mümkündür. Qeyd edilib ki, bir neçə ay əvvəl rayondakı təsərrüfatlardan birində 80 baş xırda buynuzlu heyvanı sel aparıb və təsərrüfata 25 min manat zərər dəyib, halbuki qat-qat kiçik məbləğ ödəməklə onları sığorta etmək olardı.
Tədbirdə iştirak edən fermer və təsərrüfat sahibləri sel-subasma və 3-cü şəxslərin hərəkəti nəticəsində dəyən zərərlərə görə ödənişlərin verilməsi, dəyən zərərin hesablanması ilə bağlı sual və təkliflərini səsləndiriblər.
Qazax-Tovuz regionunda meyvə bağlarının sahəsinin sürətli artması qeyd edilib və bildirilib ki, müxtəlif meyvə bağlarında 1000 manatıq məhsulu qorumaq üçün cəmi 20-30 manat sığorta haqqı ödəmək kifayətdir.
Tədbirdə fermerlərin tez-tez rastlaşdığı suvarma və quraqlıq probleminə də toxunulub. Aqrar Sığorta Fondunun sədri Fuad Sadıqov bildirib ki, qarşıdakı illərdə Azərbaycanda dəmyə ərazilərində taxıl əkinlərinin quraqlıqdan sığortalanması ilə bağlı işlər aparılır.
Fond rəhbəri fermerləri aqrar sığortadan faydalanmaq üçün əkin sahələrini sığortalamağa, eləcə də əldə edəcəkləri məhsulun həcmini düzgün bəyan etməyə çağırıb.
Qazax rayon İcra hakimiyyəti, Aqrar Sığorta Fondu və fermerlər arasında fikir mübadiləsi formasında keçirilən görüşdə Aqrar Sığorta Fondunun elektron yenilikləri – «Aqrar Sığorta Kalkulyatoru» və «Sığorta şəhadətnaməsini yoxla» xidmətləri barədə məlumat verilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
53 d. əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur

















.jpg)


