"Bank Standard”ı müflis etmiş şəxslər bu gün də banklarda təmsil olunur”
"Ləğvetmə prosesində olan “Bank Standard” QSC-yə kredit borcu olanlarla bağlı məhkəmələrdə 200 mln. manatlıq iddia qaldırılıb".
Bunu Bankın bu gün keçirilən Kreditorlar Komitəsinin iclasında qurumun sədri Əkrəm Həsənov deyib.
“Halbuki Bankın kredit portfeli 741 mln. manatdır. Belə çıxır ki, qalan təxminən 500 mln. manatlıq borc üzrə vaxtında ödəniş edilir. Əgər belədirsə niyə ləğvetmə üzrə ələ gələcək yekun məbləğ 195 mln. manatdır?” - o bildirib.
İclasda iştirak edən “Bank Standard”ın ləğvedicisi - Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktorunun müşaviri Elşən Kərimov isə deyib ki, bütün verilmiş kreditlərlə bağlı eyni vaxtda məhkəməyə müraciət etmək texniki baxımdan mümkün deyil:
“Ləğvedici ötən ilin oktyabr ayından işə başlayıb, kredit portfeli isə böyükdür. Hazırda xeyli sayda iş var ki, onlarla bağlı məhkəməyə müraciət üçün hazırlıq gedir. Buna görə də ləğvetmə üçün 2019-cu ilin sonuna qədər müddət müəyyən edilib”.
Bundan başqa, Ə.Həsənov qeyd edib ki, vaxtilə “Bank Standard”ın rəhbərliyində təmsil olunmuş şəxslər bu gün də bank sektorunda təmsil olunur, vəzifə tutur:
“Bu məsələdə məsuliyyət təkcə Bankın İdarə Heyətinin beynəlxalq axtarışa verilmiş keçmiş sədri Səlim Krimanın üzərinə düşmür. Bankın vəziyyətinin pisləşməsinə görə bütün keçmiş menecment cavabdehdir. Halbuki həmin şəxslərin bir qismi bu gün banklarda rəhbərlikdədir. Həmçinin, Azərbaycan Mərkəzi Bankı da buna görə məsuliyyət daşımalıdır. Əgər bu qurumun vəzifəli şəxsləri “Bank Standard”da vaxtında normal yoxlama aparıb, qanun pozuntularına göz yummasaydı, indi Bankın vəziyyəti bu qədər pis olmazdı”.
İclas davam edir.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
9 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir














.jpg)



.jpg)
