"Aqrar İnnovasiya və Təchizat Şirkəti" 6 ayda 24 milyon manatlıq satış edib
Gübrə və aqrokimyəvi məhsulların satışı ilə məşğul olan "Aqrar İnnovasiya və Təchizat Şirkəti" ASC 2023-cü ilin ilk 6 ayı (yanvar-iyun) ərzində 23 milyon 914 min manat əsas əməliyyat gəliri (satış) əldə edib.
Marja.az Şirkətin yarımillik hesabatına istinadən xəbər verir ki, cari ilin ilk 6 ayı ərzində "Aqrar İnnovasiya və Təchizat Şirkəti"nin sair əməliyyat gəlirləri 84 min manat olub.
"Aqrar İnnovasiya və Təchizat Şirkəti" ASC ötən il satışdan 34 milyon 366 min manat gəlir əldə etmişdi. Bu ilin 6 ayında satışdan əldə edilən gəlirlərin ötən ilin 12 ayının cəmi gəlirlərinin 70%-nə yaxn olması tam 2023-cü il ərzində cəmi satışların daha yüksək olacağını ehtimal etməyə imkan verir.
Satışın maya dəyəri, kommersiya və inzibati xərclər artdığından "Aqrar İnnovasiya və Təchizat Şirkəti" ASC ilk 6 ayı 2 milyon 224 min manat xalis zərər ilə başa vurub.
Qeyd edək ki, gubre.az pərakəndə satış şəbəkəsi "Aqrar İnnovasiya və Təchizat Şirkəti"nə məxsusdur.
30 İyun 2023-cü il tarixində "Aqrar İnnovasiya və Təchizat Şirkəti" ASC 17 milyon 766 min manat cəmi aktivlərə mlaik olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
3 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
3 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
3 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
4 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 6 saat əvvəl
-
7 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq


























