“Xəzəri Qoruyaq!” adlı geniş ekoloji hərəkat başa çatıb - FOTOLAR
Sentyabrın 16-da Beynəlxalq Sahilyanı Təmizlik Günü çərçivəsində “Xəzəri Qoruyaq!” adlı genişmiqyaslı ekoloji aksiya sona çatıb.
Ölkədə ekoloji durumun yaxşılaşdırılması, əhalinin bu sahədə maarifləndirilməsi və ətraf mühitə məsuliyyətli yanaşma vərdişlərini təbliğ etmək məqsədilə keçirilən son aksiya onlarla dövlət və özəl qurumların əməkdaşlarının könüllü iştirakı ilə Bilgəh çimərliyində baş tutub.
Sentyabrın 1-dən 16-dək Xəzərin Xaçmaz, Lənkəran, Astara, Şabran, Siyəzən, Neftçala, Sumqayıt çimərliklərini əhatə edib Bakıda yekunlaşan aksiyada 1500 könüllü təxminən 11 hektar ərazini 5 tondan çox tullantıdan təmizləyib.
Layihənin əsas tərəfdaşları Coca-Cola, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “EcoHub” ekoloji platforması, “Carlsberg Azerbaijan”, “PAŞA Bank”, “Bakcell”, “SOCAR” və “McDonald's” şirkətləridir.
Coca-Cola şirkətinin Avrasiya ölkələri üzrə İctimaiyyətlə Əlaqələr direktoru Elşad Fərzəliyev bu il hərəkatın miqyasının genişləndiyini vurğulayıb: “Coca-Cola-nın təşəbbüsü ilə başlayan bu hərəkat “Xəzəri Qoruyaq!” şüarı altında minlərlə könüllünün və onlarla tərəfdaşın birgə iştirakı ilə keçirilir. Coca-Colanın Tullantısız Dünya strategiyasına uyğun olaraq bu sahədə tərəfdaşlığı genişləndiririk çünki, ətraf mühiti qorumaq hər birimizin məsuliyyətidir. Çox sevindirici haldır ki, Azərbaycanda sosial və ekoloji məsuliyyəti ilə seçilən bir çox müəssisə və təşkilatlar bu hərəkata qoşulur və dəstək olur. İnanıram ki, hər birimizin səyi nəticəsində ətraf mühitimiz daha təmiz olacaq”.
Öz əməkdaşları və ailə üzvləri ilə kampaniyada fəal iştirak edən təşkilatlar arasında “ASAN Könüllüləri” Təşkilatı, “Təmiz Şəhər” ASC, ABŞ-nin Azərbaycandakı Səfirliyi, Azərbaycan Cüdo Federasiyası, Amerika-Azərbaycan Ticarət Palatası, ADRA, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, "LU-MUN" Holdinq, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Skautlar Assosiasiyası, Gənclərin İnkişaf və Karyera Mərkəzi, “ABŞ Təhsilli Azərbaycan Məzunları” İctimai Birliyi, Azərbaycan Jurnalistlər Şəbəkəsi və Azərbaycanlı Tələbələr və Məzunlar Platforması olub.
Xatırladaq ki, “Xəzəri Qoruyaq!” şüarı ilə keçirilən ekoloji aksiya bütün dünyada qeyd edilən Beynəlxalq Sahilyanı Təmizlik günü çərçivəsində təşkil edilib. 1986-cı ildə təsis edilən Beynəlxalq Sahilyanı Təmizlik Günü dünyanın 100-dən çox ölkəsində qeyd olunur. Yer kürəsində su hövzələri sahillərinin tullantılardan təmizlənməsinə yönələn ən irimiqyaslı beynəlxalq könüllü hərəkatı Azərbaycanda “Xəzəri qoruyaq!” şüarı ilə artıq 13 ildir ki, iştirak edir. Bu kampaniya çərçivəsində Xəzər dənizinin çimərliklərinin 66 hektardan çox ərazisi təxminən 50 ton məişət tullantısından təmizlənib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 31 d. əvvəl
-
13 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
-
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
16 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
17 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 17 saat əvvəl
- 18 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Ən çox oxunanlar
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























