Azərbaycan məktəblərində sahibkarlıq fənninin pilot tədrisinə başlanılır
Bu məqsədlə İsrailin ən böyük məktəb şəbəkəsi “ORT İsrail” tərəfindən müvafiq dərs vəsaiti hazırlanıb.Cari ildən "İnnovativ məktəb" layihəsi çərçivəsində bir neçə təhsil müəssisəsində sahibkarlıq fənni pilot şəkildə tədris ediləcək.
Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, bu məqsədlə İsrailin ən böyük məktəb şəbəkəsi “ORT İsrail” tərəfindən müvafiq dərs vəsaiti hazırlanıb.
Sözügedən vəsait şagirdləri gələcəyin çağırışlarına hazırlayacaq sahibkarlıq təfəkkürü, yaradıcı düşüncə və XXI əsr bacarıqlarının aşılanması kimi mövzuları əhatə edir. Vəsaitə həmçinin layihəəsaslı tapşırıqlar, komanda işləri və individual çalışmalar daxildir.
Sahibkarlıq fənninin tədrisi ilə bağlı cari ilin 4-8 sentyabr tarixlərində pilot tədris aparılacaq məktəblərin direktor və müəllim heyəti üçün “ORT İsrail” mütəxəssisləri tərəfindən təlim keçirilib. Təlimdə layihəəsaslı tədris, müəllimlərin şagirdlərə yanaşması, məktəblilərin yaradıcı düşüncəyə təşviqi, sinif otağında müəllim-şagird rolları və digər mövzulara toxunulub, praktiki tapşırıqlar, interaktiv müzakirələr təşkil edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 4 saat əvvəl
-
5 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

























