Unibank indiyədək 106 milyon manatdan çox ipoteka krediti verib
(®) Bu ilin birinci yarısında “Unibank”ın dövlət vəsaitli ipoteka krediti portfeli 65,7 milyon manat təşkil edib. Bu, ilin əvvəli ilə müqayisədə 5,8 milyon manat artım deməkdir.
Bankın yaydığı press-relizdə bildirilir ki, ümumilikdə isə indiyədək 2000-dən çox müştəriyə dövlət vəsaiti hesabına 106,3 milyon manat məbləğində ipoteka krediti verilib.
Bu ilin ilk yarısında rəsmiləşdirilən ipoteka kreditlərinin sayı 100-ü keçib. Dövlət vəsaiti xətti ilə bir nəfərə verilən ipoteka kreditlərinin maksimal məbləği 150 min manat təşkil edib. Qeyd edək ki, Unibank 2006-cı ildən Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun müvəkkil bankları sırasındadır.
Hazırda “Unibank”ın aşağı faizli ipoteka krediti kampaniyası davam edir. Bankın adi ipoteka kreditləri üzrə endirimli, illik 7%-lik ipoteka krediti kampaniyası aylıq ödənişinin daha sərfəli olmasını və kredit ödənişi müddətində minlərlə manat vəsaitə qənaət etmək istəyənlər üçündür.
İpoteka kreditləri “Unibank”ın “Yasamal”, “Sumqayıt” və “Kəpəz” filiallarında rəsmiləşdirilir.
Unibank hazırda paytaxt və bölgələri əhatə edən geniş filial şəbəkəsi ilə hər kəsin xidmətindədir. “Unibank”ın filialları həftənin 5 günü nahar fasiləsi olmadan, səhər saat 09:00-dan axşam 18:00-dək fəaliyyət göstərir. Bankın paytaxt və Abşeronda yerləşən bəzi filialar isə şənbə günləri də saat 10:00-dan 15:00-dək müştərilərə xidmət edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
- 4 gün sonra
-
3 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
-
8 d. əvvəl
“McDonald’s Azərbaycan” şəhid və qazi övladları üçün Yeni il bayramı təşkil edib - FOTO
-
1 saat əvvəl
“Azərsun Holdinq”dən enerji səmərəliliyi istiqamətində növbəti uğur
-
2 saat əvvəl
Bakı metrosunun Bənövşəyi xəttində 5 vaqonlu qatarlara keçilir
-
2 saat əvvəl
Pambıq yığımı başa çatır, sahələrdən 360 min tondan artıq məhsul yığılıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bakı metrosunun Bənövşəyi xəttində 5 vaqonlu qatarlara keçilir
Qızıl və gümüş qiymətləri yenidən rekord qırdı
Qızıl və gümüş rekord yenilədi
Ən çox oxunanlar
“XalqKart”da Yeni ilə özəl 6% keşbek
Suriyada yeni pul vahidi dövrü başlayır
Rəsmi məzənnələr açıqlandı
"iIT Distribution" şirkətinin Azərbaycanda ofisi açılıb, Ölkə ürə meneceri təyin olunub
Tanınmış iş adamı Mikayıl Yusifov mükafata layiq görülüb
Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SİYAHI


















