Rusiyanın iri onlayn platformasından Azərbaycan sahibkarlarına əməkdaşlıq təklifi - DÖVRİYYƏNİN 4,04%-i SİZİNDİR
Wildberries Azərbaycanda paylama məntəqələrinin açılması üçün tərəfdaş proqramına başlayıb.Rusiyanın iri Wildberries onlayn platforması mövcud olan bütün ölkələrdə sahibkarlarla əməkdaşlığın əhatə dairəsini genişləndirməyə davam edir və Azərbaycanda sifarişlərin götürülməsi məntəqələrinin açılması üzrə françayzinq proqramının başlandığını elan edir.
Wildberries-dən Marja.az-a daxil olmuş məlumata görə, indi yerli sahibkarlar müstəqil olaraq özlərinə sifarişlərin təhvil verilməsi məntəqələri aça və gəlir əldə edə bilərlər.
Wildberries-sifarişlər üzrə dövriyyənin 4,04%-ni Azərbaycan sahibkarlarına təklif edir: "Bu da investisiyanı tez bir zamanda ödəyəcək".
Wildberries ilə birlikdə təhvil məntəqəsi açmaq üçün franchise.wildberries.ru saytında ərizə təqdim etmək, sonra interaktiv xəritədən istifadə edərək yeri müəyyən etmək kifayətdir. Burada sahibkarlar sifarişlər və müştərilərlə işləmək üçün bütün lazımi funksiyalara çıxış əldə edirlər.
“Wildberries Azərbaycanda bu il avqustun əvvəlindən satışa başlayıb. Biz görürük ki, ölkədə onlayn alış-verişin populyarlığı sürətlə artmaqda davam edir, ona görə də biz yerli bizneslərlə fəal əməkdaşlıq etməyi və Wildberries çatdırılma məntəqələri şəbəkəsini birgə artırmağı planlaşdırırıq. Sifarişlərin çatdırılması üzrə tərəfdaş məntəqənin sahibi olan sahibkarlar Wildberries-in böyük müştəri trafiki sayəsində sabit gəlir əldə edirlər. Hər gün bizə 8,8 milyondan çox sifariş verilir və müştəri aktivliyi artmaqda davam edir”, - Wildberries-in mətbuat xidmətindən Marja.az-a bildiriblər.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 16 d. əvvəl
-
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
19 saat əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 21 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
BOKT “İnkişaf Üçün Maliyyə”nin mənfəəti 26% artıb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb






.jpg)




.jpg)












