Parkda ağacları kəsib, kafe tikirlər
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tətbiq etdiyi yüksək məbləğdə cərimələrə və Baş Prokurorluğun başladığı cinayət işlərinə baxmayaraq, Bakıda yaşıllıqlar durmadan məhv edilir.
Badamdar sakinlərinin verdiyi məluamat görə, Səbail icra hakimiyyətinin saldığı parkda ağacları kəsib, kafe tikirlər.
Badamdar qəsəbəsi Neftçilər küçəsi 7 ünvanında yaşayan sakinlər redaksiyamıza şikayət edib.
Müraciət edən şikayətçilər yaşadıqları binanın qarşısında bir neçə il bundan öncə Səbail Rayon İcra Hakimiyyəti tərəfindən salınan istirahət parkının bir qrup şəxs tərəfindən bərbad vəziyyətə saldığını bildiriblər:
"Deməli, vaxtı ilə Fizuli rayonundan olan şəhid ailəsinə köməklik məqsədilə parkın içində balaca bir dükanın fəaliyyətinə icazə verilmişdi. Lakin dükanın sahibi Həqiqət xanım isə sonradan buranı qanunsuz olaraq kafe kimi işlətməyə başladı. Əslində heç kafe də demək olmaz. Nə olduğu tam bəlli deyil. Çünki dəfələrlə kişi-qadınların qeyri-etik davranışlarının şahidi olmuşuq. Sərxoşlar və s həmişə bizi narahat edib, rahatlığımıza manə olub. Onların səs-küyü, söyüşləri, qeyri-etik davranışları evimizin içinə qədər ayaq açıb. Kafenin fəaliyyətindən yaranan tüstü və s. də evimizin içindədir. Axı kafe ilə pəncərəmiz arasnda məsafə çox qısadır. Həm də natəmizlik hökm sürür. Nəticə olaraq parkdan səmərəli istifadə edə bilmirik”.
Bütün bu biabırçılıqlar az imiş kimi Həqiqət xanım öz "həqiqət”lərini genişləndirmək planı hazırlayıbmış. Kafeni daha da böyütmək məqsədilə bir neçə gündür ki, parkın xeyli hissəsi hasarlanıb. Hasarlanan hissədə ağaclar da var. Hətta bir müddət öncə naməlum şəxlər tərəfindən çoxəsirlik zeytun ağacları da kəsilmişdi.
Deyilənə görə ikimərtəbəli kafe tikiləcək. Əvvəlki balaca kafenin verdiyi narahatlığı göz önünə alsaq "yeni plan”ın nələrlə nəticələnəcəyini proqnozlaşdırmaq elə də çətin deyil. Onsuz da narahat idik. İndi isə daha çox narahatıq. Pəncərənin də yaxınlığında kafe olar?
Bu gün ölkəmizdə genişmiqyaslı quruculuq-abadlıq işləri uğurla davam etdirilir. Və biz bundan çox razıyıq. Amma kimlərsə bu işə kölgə salmaq istəyir. Aidiyyatı qurumların məsələni diqqətdə saxlamasını xahiş edirik. Onsuz da məsələylə bağlı prezidentə məktub ünvanlayacayıq".
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hazırda nazirliyin əməkdaşları sözügedən ünvandadırlar. Araşdırma aparılır. Nəticə mətbuata bildiriləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 gün sonra
-
12 d. əvvəl
Yaponiyada Yenə müdaxilə və faizin artırılması ehtimalı güclənib
-
22 d. əvvəl
"Tramp İranın neftini və uranını ələ keçirmək üçün əməliyyatları nəzərdən keçirir”
-
- 26 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Hörmüz gərginliyi Avropada qaz qiymətlərini 100 avrodan yuxarı qaldıra bilər"
-
1 saat əvvəl
"Air China" Pekin–Pxenyan reyslərini altı ildən sonra bərpa edib
- 2 saat əvvəl
-
2 saat əvvəl
Kofeşop dolu görünür, amma qazanc yoxdur - EKSPERTDƏN AÇIQLAMA
-
3 saat əvvəl
Tramp: İranla danışıqlar “həddindən artıq yaxşı” gedir, atəşkəs tezliklə mümkün ola bilər
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yaponiyada Yenə müdaxilə və faizin artırılması ehtimalı güclənib
Sabah 20 dərəcə isti olacaq - PROQNOZ
Kofeşop dolu görünür, amma qazanc yoxdur - EKSPERTDƏN AÇIQLAMA
Tramp: İranla danışıqlar “həddindən artıq yaxşı” gedir, atəşkəs tezliklə mümkün ola bilər
Ən çox oxunanlar
Alüminium bazarında müharibə şoku
Hörmüzdə başlayan neft şoku Qərbə doğru yayılır
Neft, husilərin müharibəyə qoşulması və ABŞ-ın əlavə hərbi qüvvələr göndərməsilə bahalaşır
Martın 29-da gözlənilən hava şəraiti
Bayramovla Mirzoyan arasında telefon danışığı aparılıb
Sinqapur qızıl ticarətində regional mərkəz olmağı hədəfləyir
























