İcbari qaydada sığortalanmanın təmin edilməsinə nəzarət edəcək qurumlar müəyyənləşib
İcbari qaydada sığortalanmanın təmin edilməsinə nəzarət edəcək qurumlar müəyyənləşib.
Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul tarixli 949-VIQD nömrəli Qanununun tətbiqi haqqında” fərmanda əksini tapıb.
“İcbari sığortalar haqqında” qanuna əsasən, xüsusi bölməsində icbari qaydada sığorta etdirmək vəzifəsi müvafiq olaraq müəyyən edilmiş şəxslərin icbari qaydada sığortalanmanı təmin etmələrinə nəzarət hər bir icbari sığorta növünün özünəməxsus xüsusiyyətləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanları, sığortaçılar tərəfindən icbari qaydada sığortalanmanı təmin etmələrinə nəzarət isə Mərkəzi Bank tərəfindən həyata keçirilir.
Fərmana əsasən, maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini yaşayış binaları, yaşayış evləri və mənzillərin icbari sığortasına münasibətdə müvafiq yerli icra hakimiyyəti orqanları, digər daşınmaz əmlakın icbari sığortası və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortasına münasibətdə Fövqəladə Hallar Nazirliyi, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına münasibətdə standart sığorta müqaviləsi üzrə Daxili İşlər Nazirliyi, sərhəd sığorta müqaviləsi və Azərbaycan Yaşıl Kartı üzrə isə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, ümumi istifadədə olan nəqliyyat vasitələri və taksi minik avtomobilləri sərnişinlərinin icbari fərdi qəza sığortasına münasibətdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, hava, su və dəmiryol nəqliyyatı vasitələri sərnişinlərinin icbari fərdi qəza sığortasına münasibətdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
12 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur






















