Azercell Biznes ölkənin kənd təsərrüfatı sahəsinə müasir texnologiyalar gətirir
Lider mobil operator “Suvarmaya nəzarət sistemi” həllini təqdim edir(®) Müasir texnologiyaların tətbiqi ilə ölkədə kənd təsərrüfatının inkişafına töhfə verən Azercell Biznes suvarma sistemləri üçün IOT tipli (Əşyaların İnterneti) innovativ həll təqdim edir. Şirkətin yeni “Suvarmaya nəzarət sistemi” həlli böyük sahələrin suvarma prosesini avtomatik rejimdə uzaqdan idarə etməyə imkan verir.
Azercell-in yeni aqro həlli suvarma prosesini asanlaşdırmaqla yanaşı, sahibkarlara əlavə xərclərdən azad olmağa, əməliyyat vaxtına qənaət etməyə dəstək olacaq. Eyni zamanda, innovativ həll avtomatlaşdırılmış idarəetmə proseslərindən faydalanaraq daha çox məhsulun hasilatına və ən əsası, su resurslarından səmərəli istifadə istiqamətində effektiv nəzarətə şərait yaradacaq.
Həm veb, həm də mobil tətbiq vasitəsilə istifadəsi mümkün olan bu həll qurğuların elektrik təchizatına, kəsintisiz çalışmasına, vaxtlı-vaxtında işə salınmasına və dayandırılmasına, həmçinin suvarma istiqamətinə məsafədən nəzarət etməyə imkan verir. Bundan əlavə, tətbiq suvarma sisteminin əsas idarəetmə kabelinin mühafizəsini təmin edir və sistemə kənar müdaxilə cəhdləri barədə istifadəçini məlumatlandırır.
Qeyd edək ki, Azercell Biznes tərəfindən təqdim edilən yeni həll Azərbaycan Respublikasının 2022-2026-cı illər üçün sosial-iqtisadi inkişaf strategiyası çərçivəsində kənd təsərrüfatının təkmilləşməsi və rəqəmsallaşmasına öz töhfəsini verəcək. Ölkədə mobil rabitə operatoru tərəfindən ilk dəfə istifadəyə verilən bu həll dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat, təmiz ətraf mühit və “yaşıl artım ölkəsi” strateji çərçivələri həyata keçirməyə dəstək olacaq.
Azercell-in “Suvarmaya nəzarət sistemi” yeni aqro həlli haqqında daha ətraflı məlumat üçün https://www.azercell.com/az/corporate/iot/suvarmaya-nezaret-sistemi.html səhifəsinə müraciət edin.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
7 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 9 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur










.jpg)









