"Avro ilin sonunda 1.20 dollara qalxa bilər"
ABŞ dolları son 13 ayın ən aşağı səviyyəsinə geriləyib, Avro isə yüksəliş meylinə göz vurur.
"Marja" xəbər verir ki, Avropa Mərkəzi Bankının (ECB) sədri Mario Draghinin ötən cümə günkü toplantıdan sonra verdiyi bəyanatlarda, Avro Bölgəsinin "mübahisəsiz yaxşılaşma" nümayiş etdirdiyini qeyd edib və payızda bankın monetar ekspansiya (QE - Quantitative easing) proqramını azaltmağı planlaşdırdığına bildirib. Bəyanatlarda sonra Avro/dollar məzənnəsi 1.1655-ə yüksələrək son iki ilin ən yüksək səviyyəsinə çıxıb. Avro/dollar məzənnəsi cümə günü 1.1663 səviyyəsində bağlanıb. Analitiklər, avronun bahalaşmasının davam edəcəyini hesab edirlər.
100 000 $ VİRTUAL PUL İLƏ FOREX-DƏ TİCARƏT ET, TƏCRÜBƏ QAZAN
28 ölkədə təxminən 19 milyon müştərisi olan Unicredit-in baş direktoru və strateji tədqiqat hissəsi həmsədri olan Vasileios Gkionakis, "Məncə, Avro/dollar məzənnəsi tarazlıq istiqamətində hərəkət etməyə başladı. Məzənnə çox uzun bir müddətdir geriləyirdi və indi bazarlarda ECB-nin atacağı addımları qiymətləndirilməyə başlayıb" deyə fikrini ifadə edir.
ECB-inin cümə günkü iyul ay pul siyasəti iclasından sonra mətbuat konfransı keçirən sədr Draghi, pul siyasətinin sərtləşdirməyə qəti olaraq hansı tarixdə başlayacağını söyləmədi. Ancaq analitiklər, bankın sentyabr ayında qiymətli kağız alışı proqramını azaltmaq planlarını açıqlaya biləcəyini təxmin edir.
AVRO NƏ QƏDƏR QALXA BİLƏR?
İnvestisiya məsləhəti şirkəti "Quilvest Investment Management"in investisiya komitəsinin üzvü Bob Parker, 2018-də ECB-nin qiymətli kağızların alışı proqramını başa çatacağını müdafiə edir. Parker, "İnvestorlar, ECB-nin QE proqramının 2017-ci ilin dördüncü rübündə ayda 40 milyard avro olacağına inanırlar. Bu dövrdə mənfidə olan əmanət faizləri də ortadan qalxacaq. QE-nin 2018-də başa çatacağını hesab edirəm" deyir.
SEMİNARA QATIL, PUL QAZANMAQ SƏNƏTİNİ ÖYRƏN VƏ QAZAN
Bu, avro üçün müsbət bir işarə mənasını verir. Avro dollar qarşısında yanvar ayında gördüyü ən aşağı səviyyədən (1.0404 ) bu yana yüksəlir. Digər tərəfdən son günlərdə ABŞ-dakı siyasi qalmaqalla əlaqədar olaraq da Dollar ucuzlaşır. Bəs Avro dollar qarşısında nə qədər yüksələ bilər? "Quilvest Investment"ın investisiya komitəsinin üzvü Parker, Avronun 2018-ci ildə 1.25 dollara qalxmadan əvvəl, bu ilin sonuna qədər 1.20 dollar səviyyədə çatacağını proqnozlaşdırır.
Parker, "Arxa planda bütün Avro Zonası göstəricilərinin yüksəliş meyli göstərdiyini və deflyasiya riskinin böyük miqdarda azaldığını görürük. Digər tərəfdən, ABŞ-da pərakəndə və inflyasiya göstəricilərinin zəifləməsi, Fed-in faiz nisbətindəki artım sürətini zəiflədə bilər. Avro/dollar üçün 2017-nin son rübündə 1.20, 2018-in ikinci rübündə də 1.25-i təxmin edirəm" deyib.
İtalya bankı Unicredit-in eksperti Vasileios Gkionakis isə daha təmkinlidir. Gkionakis, "Məncə, Avro daha da bahalaşacaq kimi görünür. Fərqli düşünənlər ola bilər. Lakin iqtisadi dinamikaların Avro Zonasında düzgün istiqamətdə irəlilədiyini hesab edirəm. Proqnozlarda bu an üçün təmkinli olmaq tərəfdarıyam. Bu ilin sonuna qədər 1.14 dollar səviyyəsi ola bilər. Ancaq tərs istiqamətli riskləri də görürəm" deyə fikir bildirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 2 gün sonra
-
-
12 saat əvvəl
Dünyanın ikinci ən böyük şəkər istehsalçısı ixracını dayandırdı - ŞƏKƏR TOZU DAHA DA BAHALAŞA BİLƏR
- 12 saat əvvəl
-
13 saat əvvəl
“Rabitəbank” “GARMIN PAY” təmassız ödəniş həllini istifadəyə verdi
-
13 saat əvvəl
Azercell “Baku Flames”in texnologiya və innovasiya tərəfdaşıdır
- 13 saat əvvəl
-
14 saat əvvəl
Rayonlarda mayın 16-dan 18-dək hava yağıntılı olacaq - XƏBƏRDARLIQ
-
15 saat əvvəl
Tramp: İranın nüvə silahına sahib olmasına icazə verilə bilməz
-
15 saat əvvəl
Kirayə qiymətinə mənzil təklifi – Aylıq ödəniş 420 manatdan başlayır
-
15 saat əvvəl
Azər Türk Bank təqaüdçülərə 9,9%-dən başlayan istehlak kreditləri təklif edir
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 29 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
“Rabitəbank” “GARMIN PAY” təmassız ödəniş həllini istifadəyə verdi
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Rayonlarda mayın 16-dan 18-dək hava yağıntılı olacaq - XƏBƏRDARLIQ
Ən çox oxunanlar
Kirayə qiymətinə mənzil təklifi – Aylıq ödəniş 420 manatdan başlayır
HONOR 600 Seriyasının Azərbaycanda möhtəşəm təqdimatı keçirildi
İllik 15% gəlir təklif edən istiqrazlara 53 investor 53 sifariş təqdim edib, 100% yerləşdirilib
“Abşeron” Ticarət Mərkəzində "McDonald’s" restoranı açılacaq
Prezident İlham Əliyev Qazaxıstanda səfərdədir






.jpg)









.jpg)





