Rusiya mal-qarasının əsas alıcısı Azərbaycandır
Azərbaycan Rusiyandan ən çox mal-qara alan ölkə olub2023-cü ilin yanvar-iyun aylarında Rusiya mal-qara ixracında rekord artım göstərib, ümumilikdə 174,4 min baş mal-qara xarici bazarlarda satılıb ki, bu da 2022-ci ilin bütün ixrac göstəricisi ilə müqayisə oluna bilər.
Marja.az xəbər verir ki, bu barədə "Rosselxoznadzor" məlumat yayıb.
"2023-cü ilin ilk 6 ayında Rosselxoznadzor diri mal-qara ixracında rekord artım tempi qeydə alıb. Xarici bazarlara 174,4 min baş satılıb - bu, bütün 2022-ci ildə ixrac edilmiş 175,5 min başa çox yaxın rəqəmdir. Tədarükün əsas hissəsi xırdabuynuzlu mal-qaranın və diri donuzların payına düşür”, - məlumatda bildirilir.
2023-cü ilin yanvar-iyun aylarında Rusiya Federasiyasından xaricə 80,6 min baş xırdabuynuzlu heyvan göndərilib ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə çoxdur (2022-ci ilin eyni dövründə 39,9 min baş olmuşdu). Xırdabuynuzlu mal-qaranın əsas idxalçıları arasında 2023-cü ildə alışı 5 dəfə artıraraq 53,9 min başa çatdıran Azərbaycan da var. Gürcüstan da Rusiyadan xırdabuynuzlu mal-qara idxalını iki dəfədən çox artırıb.
Bundan əlavə, 2023-cü ilin birinci yarısında Rusiyadan 80,1 min donuz ixrac edilib ki, bu da 2022-ci ilin eyni dövrü ilə (42,7 min) müqayisədə təxminən 2 dəfə çoxdur. Eyni zamanda, Gürcüstan diri donuzların əsas idxalçısıdır və ümumi həcmin 82%-ni (65,5 min) təşkil edir. Ermənistan bu il satın alınan heyvanların sayına görə ikinci olub və 2022-ci ilin eyni dövrü ilə müqayisədə idxalı 5,6 dəfə - 2,5 mindən 14,5 min başa çatdırıb.
Həmçinin 2023-cü ilin yanvar-iyun aylarında Rusiyadan 13,6 min baş iribuynuzlu mal-qara dünya bazarlarına göndərilib. Bu, 2022-ci ilin analoji dövrünün göstəricisi ilə (13 min baş) müqayisə edilə bilər. Bu il rus mal-qarasının əsas alıcısı (59%-ni) Azərbaycandır. Bütün tədarüklərin 24%-i Qazaxıstanın payına düşüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
12 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir












.jpg)





