Yaponiyanın baş naziri 2022-ci ildə 267 min dollar qazanıb
Yaponiyanın baş naziri və hakim Liberal Demokrat Partiyasının rəhbəri Fumio Kişida 2022-ci ildə ümumilikdə 38,6 milyon yen (267,2 min dollardan çox) qazanıb.
Marja.az xəbər verir ki, bazar ertəsi deputatlarının qazancı ilə bağlı açıqlanan məlumatlara görə, o, gəlirləri baxımından parlamentdə təmsil olunan bütün digər partiyaların liderlərini üstələyib.
Bu göstərici üzrə ikinci yerdə kommunistlərin lideri Kazuo Şii olub. O, 2022-ci ildə 20,5 milyon yen (təxminən 142 min dollar) qazanıb. Bu məbləğin əhəmiyyətli hissəsi keçən il yapon kommunistlərinin proqramı ilə bağlı dərc edilmiş materiallara görə ödəniş olub.
Kişidadan fərqli olaraq parlamentdə təmsil olunan bütün digər siyasi partiyaların liderlərinin gəlirləri onun deputatlarının orta qazancından aşağı olub (təxminən 21,6 milyon yen (149,1 min dollar))
Hakim LDP-nin nümayəndələri artıq altıncı ildir ki, parlamentdə qazanclarına görə lider olaraq qalırlar. 2022-ci ildə onların orta gəliri 22,8 milyon yendən (təxminən 158 min dollar) çox olub. Ən çox qazanan 10 deputat siyahısında Liberal Demokratlar yeddi yeri tutur.
Kişidanın gəliri onun baş nazir vəzifəsində aldığı maaşdan və parlament üzvünə ödəniləcək ödənişlərdən, həmçinin nəşrlərə görə qonorardan, ödənişli çıxışlardan əldə olunan qazancdan və s. ibarətdir.
Yaponiya hökumətinin başçısı 2022-ci ildə əvvəlki ilə nisbətən 10,3 milyon yen (71 min dollar) çox qazanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
6 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 7 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)













.jpg)

