119,2 milyard manatlıq satış edib, cəmi 9,4 milyard mənfəət götürüb
SOCAR 2022-ci ili 9 milyard 424 milyon manat xalis mənfəət ilə başa vurub. Şirkət 2021-ci ili 2 milyard 115 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, 2021-ci illə müqayisədə 2022-ci ildə SOCAR-ın xalis mənfəəti 4,5 dəfə artıb.
Marja.az Azərbaycanın ən böyük şirkətinin 31 dekabr 2022-ci il tarixində başa çatan il üzrə konsolidasiya edilmiş hesabatına istinadən xəbər verir ki, SOCAR-ın gəlirləri 2021-ci ildə 77 milyard 531 milyon manat ikən, 2022-ci ildə 119 milyard 228 milyon manata yüksəlib (41 milyard 697 milyon manat və ya 53,7% artıb).
Ötən il SOCAR 119 milyard 228 milyon manat gəlirin 77 milyard 647 milyon manatını İsveçrədə, 24 milyard 268 milyon manatını Türkiyədə, 11 milyard 71 milyon manatını Türkiyədə, 1 milyard 897 milyon manatını Birləşmiş Ərəb Əmirliklərində, 1 milyard 625 milyon manatını Gürcüstanda 2 milyard 720 milyon manatını digər ölkələrdə əldə edib.
31 Dekabr 2022-ci il tarixində SOCAR 80 milyard 835 milyon manat cəmi aktivlərə malik olub. Şirkət 2021-ci ilin sonunda 69 milyard 357 milyon manat cəmi aktivlərə malik idi. Beləliklə, ötən il şirkətin cəmi aktivləri 11 milyard 478 milyon manat və ya 16,5% artıb.
GƏLİRLƏRİNİN 65%-Nİ İSVEÇRƏDƏ ƏLDƏ EDİB
2022-ci ildə SOCAR 119 milyard 228 milyon manat cəmi gəlirinin (dövriyyəsinin) 77 milyard 647 milyon manatını İsveçrədə, 24 milyard 268 milyon manatını Türkiyədə, 11 milyard 71 milyon manatını Azərbaycanda, 1 milyard 897 milyon manatını Birləşmiş Ərəb Əmirliklərində, 1 milyard 625 milyon manatını Gürcüstanda və 2 milyard 720 milyon manatını digər ölkələrdə əldə edib.
Ötən il Şirkətin İsveçrədə gəlirləri 33 milyard 22 milyon manat və ya 74%, Türkiyədə 6 milyard 701 milyon manat və ya 38%, Azərbaycanda 3 milyard 267 milyon manat və ya 41,8%, Gürcüstanda 385 milyon manat və ya 31% artıb, Birləşmiş Ərəb Əmirliklərində 1 milyard 40 milyon manat və ya 54,8%, digər ölkələrdə isə 638 milyon manat və ya 19% azalıb.
SOCAR cəmi gəlirlərinin 65%-ni İsveçrədə, 85,5%-ni İsveçrə və Türkiyədə, 95%-ni isə İsveçrə, Türkiyə və Azərbaycanda əldə edib.
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) 13 sentyabr 1992-ci il tarixli Prezident Fərmanı ilə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən yaradılmış və Azərbaycan Respublikasında fəaliyyət göstərir. SOCAR hasilat, nəql və emal əməliyyatları ilə məşğul olur. SOCAR-ın əsas fəaliyyəti neft, qaz və qaz kondensatlarının hasilatı, emalı və nəql edilməsi, eləcə də neftin, qazın və neft məhsullarının satışından ibarətdir. SOCAR 100 faiz Azərbaycan Respublikasına məxsusdur.
Hesabatla bu keçid vasitəsilə tanış olmaq mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 gün sonra
-
9 saat əvvəl
Azərbaycanda 2 ayda dövlət xətti ilə 22 milyon manatdan çox ipoteka krediti verilib
-
-
9 saat əvvəl
Azərbaycanda problemli kreditlərin məbləği mütləq ifadədə son bir ildə 17 % artıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
"Dongfeng Azərbaycan" avtomobil bazarının qaydalarını dəyişir
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Azərbaycanda nağdsız əməliyyatların həcmi 15 faiz artıb - 8,2 MİLYARD MANATLIQ ÖDƏNİŞ
- 10 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bakıya yağış yağacaq, bəzi yerlərdə intensiv olacaq
"Dongfeng Azərbaycan" avtomobil bazarının qaydalarını dəyişir
Unibank 5 nominasiya üzrə qalib olub
Azərbaycanda nağdsız əməliyyatların həcmi 15 faiz artıb - 8,2 MİLYARD MANATLIQ ÖDƏNİŞ
Ən çox oxunanlar
Fevralda ödəniş kartlarının sayı 191 min ədəd artıb
Qanlı Göl yeni layihə əsasında abadlaşacaq
MİDA-da yeni təyinat olub
Ticarət şəbəkələrinin açıq məkanda reklamların yerləşdirilməsi ilə bağlı çətinlikləri var
Bank sektorunda, o cümlədən kreditlərdə cüzi artım olub
2 ayda banklar 190 milyon manata yaxın xalis mənfəət əldə ediblər
Expressbank növbəti ekoloji layihəyə tərəfdaşlıq edib
Bank sektorunda son vəziyyət açıqlandı - YENİ RƏQƏMLƏR
















