313 milyard manat gəlib, 222 milyard manat xərclənib
Yarandığı tarixdən (1999-cu ildən) 2022-ci ilin sonuna kimi Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 184 milyard dollar (cari rəsmi məzənnə ilə təxminən 312,8 milyard manat) gəlir əldə edib.
Marja.az Fondun illik maliyyə hesabatına istinadən xəbər verir ki, gəlirlərin 176,2 milyard dolları (299,54 milyard manatı) ( və ya 95,8%-i) neft-qaz sazişlərindən gəlirlər, 7,8 milyard dolları (13,26 milyard manatı) ( və ya 4,2%-i) investisiya gəlirləri olub.
Yarandığı tarixdən 2022-ci ilin sonuna kimi ARDNF dövlət büdcəsinə 118,2 milyard dollar (200,94 milyard manat) transfert edib, layihələrin maliyyələşdirilməsinə 11,8 milyard dollar (20,06 milyard manat), Fondun saxlanılmasına 0,4 milyard dollar (0,68 milyard manat) xərcləyib.
Beləliklə, Fond 1999-2022-ci illərdə Fond 184 milyard dollar (312,8 milyard manat) gəlirlərlərə qarşı 130,4 milyard dollar (221,68 milyard manat) xərcləyib.
Təbii sərvətlərindən əldə olunan gəlirlərin səmərəli və şəffaf idarə edilməsi məqsədilə ümummilli lider Heydər Əliyevin 29 dekabr 1999-cu il tarixli 240 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Neft Fondu təsis edilmişdir. ARDNF neft və qaz ehtiyatlarına dair sazişlərin həyata keçirilməsi yolu ilə Azərbaycan Respublikasının əldə etdiyi gəlirlərin toplanmasını, səmərəli idarə edilməsini, gələcək nəsillər üçün saxlanmasını təmin edən xüsusi qurumdur. ARDNF ayrıca idarəetmə strukturuna malik hüquqi şəxs qismində yaradılmış xüsusi məqsədli dövlət qurumudur. ARDNF-nin Əsasnaməsi 2000-ci ildə təsdiq edilmişdir.
ARDNF-nin missiyası tükənən təbii sərvətlərdən əldə olunan gəlirlərin toplanması və Azərbaycan xalqının bugünkü və gələcək nəsillərinin daimi gəlir mənbəyinə çevrilməsidir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
41 san. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 12 d. əvvəl
- 14 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq






















