FED faiz qərarını açıqladı
FED faiz artırmağa fasilə verdi. Belə ki, FED 15 ay faiz artırdıqdan sonra iqtisadiyyatdan gələn siqnallara uyğun olaraq faizini sabit saxlamağa qərar verdi.ABŞ Mərkəzi Bankı (FED) faiz qərarını açıqladı.
Marja.az xəbər verir ki, FED faizlərini 5,00% -5,25% aralığında sabit saxladı.
Beləliklə, FED son 15 ayda ilk dəfə faiz dərəcələrini sabit saxlamağa qərar verdi.
Qərarın yekdilliklə qəbul edildiyi açıqlanıb.
Proqnozlar da faiz dərəcələrinin sabit qalacağı istiqamətində idi.
FED sədri Jerome Powell, əvvəlki faiz artımlarının təsirlərini görmək üçün iyun ayında dayana biləcəklərinin siqnalını vermişdi.
Qeyd edilib ki, faiz dərəcəsinin sabit saxlanılması əlavə məlumat əldə etməyə və əvvəlki artımların pul siyasətinə təsirlərini qiymətləndirmək imkanı verir.
Nöqtəli qrafikdə əks olunan gözləntilər, qarşıdakı dövrdə faiz artımlarının masada olduğunu göstərir. FED rəsmilərinin 2023-cü il sonu üçün faiz proqnozu 5,60% olaraq müəyyən olunub. Əvvəlki proqnoz 5,1 faiz idi.
FED rəsmilərinin faiz ilə bağlı 2024-cü il proqnozu 4,6%, 2025-ci il üçün 3,4%-dir.
FED-in yaydığı press-relizdə “İnflyasiya yüksək olaraq davam edir, Komitə inflyasiya risklərinə yüksək həssaslıqla yanaşır” bildirilib.
FED-in faiz artırmağı dayandırması, gələcəkdə isə aşağı salması Dolların ucuzlaşması ilə nəticələnə bilər. Artıq FED-in bugünkü faiz qərarından sonra Dollar ucuzlaşıb, Avro bahalaşıb. Bakı vaxtı ilə saat 23:09-da Avro/Dollar məzənnəsi 0,5% artımla 1,0840 səviyyəsində olub.
May ayında ABŞ-da inflyasiya yavaşlayıb. Bu vəziyyət, FED-in faiz artırmağı dayandırmasına şərait yaradır. ABŞ-da illik inflyasiya 4,9%-dən 4%-ə düşüb (ötən ilin may ayı ilə müqayisədə), bu, 2021-ci ilin martından bəri ən aşağı səviyyədir.
Fed iqtisadiyyatla bağlı gözləntilərini açıqlayıb.
Belə ki, FED-in 2023-cü ildə ABŞ-ın iqtisadi artım proqnozu 1 faizdir. Martda bu proqnoz 0,4 faiz idi. 2024-cü il üçün iqtisadi artım proqnozu 1,2 faizdən 1,1 faizə endirilib. 2025-ci il üçün artım proqnozu da 1,9 faizdən 1,8 faizə endirilib.
İşsizlik proqnozları aşağı salınıb. 2023-cü il işsizlik proqnozu 4,5 faizdən 4,1 faizə endirilib. 2024 və 2025-ci illər üçün işsizlik proqnozu isə 4,6 faizdən 4,5 faizə endirilib.
FED tərəfindən yaxından izlənilən inflyasiya göstəricisi (PCE) 2023-cü il üçün 3,6%-dən 3,9%-ə yüksəldilib.
ABŞ-da illik inflyasiya
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 9 d. əvvəl
-
-
15 d. əvvəl
"İstehsal tələbdən yüksək olduğu üçün Azərbaycanda yumurta ucuzlaşır"
- 29 d. əvvəl
-
37 d. əvvəl
QDTİB-nin Bakıda keçiriləcək İllik Toplantısı üzrə hazırlıq işləri müzakirə olunub
- 41 d. əvvəl
- 45 d. əvvəl
-
50 d. əvvəl
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
-
55 d. əvvəl
Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında Media və Yayım Şurası yaradılır
-
1 saat əvvəl
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Nuran Kərimov AmCham Azərbaycanın yeni Prezidenti seçilib
İyunun 20-nin hava proqnozu - 39° isti gözlənilir
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
Ən çox oxunanlar
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim
Azərbaycan vətəndaşlarının vizasız getdiyi ölkələrin sayı açıqlanıb
“Broker” anlayışı dolayı və birbaşa gömrük təmsilçiliyi ilə əvəz edilir, reyestr yaradılacaq, lisenziya ləğv ediləcək
“Veysəloğlu” və “Şölen” gələcək biznes imkanlarını müzakirə edib





























