Birjalarda son vəziyyət
Bu həftə birjalarda əhəmiyyətli bir həftə olacaq. Çərşənbə günü FED 15 ay əvvəl başlayan faiz artımı tendensiyasına ilk dəfə ara verə bilər. Monetar siyasətin gələcəyi ilə bağlı suallara çərşənbə axşamı ABŞ-da açıqlanacaq inflyasiya göstəricisi aydınlıq gətirə bilər. Bu həftə həmçinin Avropa (ECB) və Yaponiya Mərkəzi Bankları (BoJ) da uçot dərəcələrinə dair qərarlarını elan edəcəklər.
Bəzi FED rəsmiləri bu fasilənin faiz dərəcələrinin artıq pik həddə çatdığına işarə kimi qəbul edilməməsi gərəkdiyini vurğulasalar da, birjalarda qiymətlərin formalaşmasında iyulda 25 baza bəndlik artım, dekabrda ayında isə oxşar həcmli faiz endirimi ehtimallarının təzyiqi hiss olunur.
Makroiqtisadi göstəricilərə gəldikdə isə ən son açıqlanan iqtisadi məlumatlar ABŞ iqtisadiyyatının qarışıq mənzərəsini yaradır. Beləki, inflyasiya mülayim olaraq qaldığı üçün maaş artımı yavaşlayıb. Lakin, İstehlak Qiymətləri İndeksi hələ də mərkəzi bankın 2%-lik hədəfindən xeyli yuxarı olaraq proqnozlaşdırılır.
FED həmçinin bank sektoru böhranının iqtisadiyyata təsirini izləyir və Mərkəzki Bank rəsmiləri təklif edir ki, daha sərt kredit standartları inflyasiyanın cilovlanmasına kömək edə və aqressiv monetar sərtləşdirmə ehtiyacını azalda bilər.
Çərşənbə axşamı günü FED iclasına başlayarkən, ABŞ-ın son inflyasiya hesabatına əsaslanacaq.
Manşet inflyasiyanın aprel ayındakı 0.4%-lik artımdan sonra may ayında aylıq müqayisədə 0.3% artacağı ehtimal edilir. Baza inflyasiyanın isə 0.4% artacağı proqnozlaşdırılır.
Ötən həftəni də 103.50 bənd səviyyəsində başa vuran DXY-da “buğalar” qiymətləri səviyyəsindəki psixoloji müqavimət həddinin üzərində qoruyub saxlaya bilsələr, artım tendensiyası daha kəskin xarakter ala bilər.
EUR
FED qərarından bir gün sonra toplanacaq Avropa Mərkəzi Bankının FED-dən fərqli olaraq faiz dərəcələrini artıracağı ehtimal edilir. Bazarlar iyul ayında da oxşar rüblük faiz artımına gediləcəyini düşünür.
ECB-nin may iclasında faiz dərəcələrini 0.25% artıracağı proqnozlaşdırılır.
Xatırladaq ki, ECB prezidenti Kristine Laqarde son açıqlamasında bir daha vurğulamışdı ki, baza inflyasiyanın pik həddinə çatdığını söyləmək hələ tezdir və dərəcələrin yenidən artırılmasına ehtiyac var.
Avrozonada inflyasiya hazırda 6.1% təşkil edir ki, bu da hələ də ECB-nin 2%-lik hədəfindən üç dəfə çox, lakin keçən ilin oktyabrında zirvəsi olan 10.6%-dən aşağıdır.
Ötən həftəni 1.0740 hədlərinin üzərində tamamlayan EURUSD məzənnəsində cari ticarət həftəsində tendensiyanın formalaşmasına təsir göstərə biləcək əsas faktorlar arasında Avrozonada və Almaniyada açıqlanacaq inflyasiya göstəriciləri də yer alır. Təhlillərə əsasən EURUSD məzənnəsində qiymətlər 1.0900 həddinin altında qaldığı müddətdə, eniş tendensiyası davam edə bilər.
GBP
Dollar qarşısında ötən həftə 1.2600 hədlərinə kimi bahalaşan funt-sterlinq burada müqavimətlə qarşılaşaraq bir qədər ucuzlaşdı və həftəni 1.2560 hədlərində başa vurdu. GBPUSD məzənnəsində qiymətlərin necə dəyişəcəyi ilə bağlı suallara aydınlıq gətirmək üçün bu həftə investorlar İngiltərədə dərc olunacaq ÜDM-in həcmi, Ticarət Saldosu, əmək bazarına dair statistik göstəricilərin necə açıqlanacağını izləyəcəklər.
Məlumat İnvestAZ şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 6 gün sonra
-
2 saat əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
-
- 2 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
5 saat əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
6 saat əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 6 saat əvvəl
-
6 saat əvvəl
BOKT “Qafqaz-Kredit” 2025-ci ili zərərlə başa vurub — kredit portfeli azalıb
-
7 saat əvvəl
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
Ən çox oxunanlar
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?
“Smartfon qiymətlərində 40%-dək artım gözlənilir”
Baku Steel Company Caspian Oil & Gas 2026 sərgisində - FOTO/VİDEO
Azərbaycana gələn turistlərin xərcləri 23 % azalıb

















.jpg)





