"Kağızsız Hökumət"-ə keçid çərçivəsində yeni həll təqdim edilib
"Kağızsız Hökumət"-ə keçid çərçivəsində Milli Məlumat Mübadiləsi platformasının təkmilləşdirilməsi ilə bağlı yeni həll təqdim edilib.8 iyun 2023-cü il tarixində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən elektron sənəd dövriyyəsi sistemlərinin inteqrasiyası üçün vahid şlüzün hazırlanması istiqamətində görüş keçirilib. Görüşdə 30-a yaxın dövlət qurumunun aidiyyəti istiqamət üzrə rəhbər məsul şəxslərinə istifadə etdikləri Elektron Sənəd Dövriyyəsi (ESD) sistemindən asılı olmayaraq dövlət qurumları arasında maneəsiz əlaqəni asanlaşdıran yeni həll təqdim edilib.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədrinin müavini Rəşad Xalıqov görüş iştirakçılarına Milli Məlumat Mübadiləsi platformasının təkmilləşdirilməsi və qurumlararası sənəd dövriyyəsinin kağızsız formada təmin edilməsindən bəhs edib. Bildirib ki, Milli Məlumat Mübadiləsi platforması və mübadilə standartlarının hazırlanması mövcud istifadə olunan ESD-lərin inteqrasiyasına və kağızsız hökumətə sürətlə keçidi təmin edəcəkdir.
“Dövlət orqanlarında ESD proqram təminatından istifadə olunsa da, həmin dövlət qurumları arasında sənədlərin mübadiləsi fiziki formada həyata keçirilir. Dövlət qurumlarında bir çox elektron sənəd dövriyyəsi sistemləri mövcuddur və onlar müxtəlif yerli İKT şirkətlərinə məxsus olduqları üçün inteqrasiya prosesində çətinliklərlə qarşılaşırdılar. Yeni həll tam kağızsız mübadilə və müxtəlif yerli İKT şirkətlərinin həllərinin inteqrasiyasını təmin etmək üçün ümumi şlüz və sənəd mübadiləsi standartlarını təqdim edir. Qeyd edim ki, 1 iyun tarixində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Maliyyə Nazirliyi arasında sözügedən istiqamətdə pilot layihə uğurla yekunlaşmışdır”.
Eyni zamanda sistemin işləmə prinispindən bəhs edən R. Xalıqov beynəlxalq təcrübədə sınanmış bu arxitekturada açıq standartların (API, şifrələmə və s.) tətbiqindən danışıb:
“Bu şlüz dövlət idarələri arasında bütün növ sənədlərin sürətli elektron mübadiləsinə xidmət edir. Biz istənilən sistemə funksionallıq əlavə etmək imkanı yaradan tətbiq proqramlaşdırma interfeysi (API) və standartlar yaratmışıq. Sözü gedən standartlar dövlət qurumlarında istifadədə olan ESD-lərin qarşılıqlı inteqrasiyasına imkan verəcəkdir”.
Görüşün sonunda qurumların IT üzrə səlahiyyətli rəhbər nümayəndələrinin sualları cavablandırıb, qarşılıqlı fikir mübadiləsi aparılıb.
“Dövlət qurumu nüməyəndələrini bu sessiyada salamlamaqdan və onlarla birgə bu platformanın bütün təkliflərini təcrübədən keçirməkdən məmnunuq. Mən dəstəyə görə icmaya, eləcə də əməyi keçən bütün komandaya təşəkkürümü bildirirəm. Gələcəyə baxaraq deyə bilərik ki, Milli Məlumat Mübadiləsi Sistemi yeni funksionallıq və imkanlarla daha da inkişaf edəcək”- deyə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədrinin müşaviri tədbirin sonunda bildirib.
Qeyd edək ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi Milli Məlumat Mübadiləsinin təkmilləşdirilməsi çərçivəsində dövlət qurumlarının aidiyyəti nümayəndələri ilə müzakirələri davam etdirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
14 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 14 saat əvvəl
-
16 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
























