"2022-ci ildə holdinqimizin dövriyyəsi 130 milyon manatdan çox olub"
"“Almet Holding 2016-cı ildən fəaliyyət göstərir. Şirkət Azərbaycan bazarı ilə yanaşı İngiltərə, Uels, Gürcüstan, Türkiyə və digər ölkələrdə təkcə metallurgiya və istehsalatla yox, eyni zamanda logistika xidməti göstərir. Holdinqimiz 2022-ci ildə ümumi dövriyyəsi 130 milyon manatın üzərində olub ki, bunun da 50%-indən artığı beynəlxalq şirkətlərimizin payına düşür".
Bunu Marja-ya “Almet Holding”in direktoru Namiq İbrahimov bildirib.
O qeyd edib ki, Holdinq bu il Ağdam Sənaye Parkında yeni müəssisənin yaradılmasına 13 milyon manat investisiya yatıracaq.
Namiq İbrahimov qeyd edib ki, "“Almet Holdinq” 2016-cı ildən ölkəmizdə və dünyanın bir neçə ölkəsində polad və polad məhsulları sahəsində fəaliyyət göstərir. Şirkətin əsas profili xammaldan yarımfabrikatlara və hazır məhsullara qədər polad çeşidli məhsulların ticarəti, eləcə də logistikası və digər əlavə dəyər xidmətləridir. Bizim keyfiyyətə tam zəmanət, alış, satış, maliyyə, sığorta və logistika həllərimiz müştərilərimiz və təchizatçılarımız üçün sərfəli təchizat zəncirinin idarə edilməsini asanlaşdırmaq üçün uyğunlaşdırılmışdır.
“Almet Holding”in Azərbaycanda ticarətçi şirkət - “Almet Trading” MMC, logistika şirkəti - “Almet Logistika” MMC, idarə edici holdinq strukturu - “Almet Holding” QSC fəaliyyət göstərir. Şirkətin eləcə də Gürcüstanda ticarətçi şirkəti - “Almet Trading Georgia” LLC, Türkiyədə ticarətçi şirkəti - “Almet Trading Turkey” LLC, Birləşmiş Krallıqda ticarətçi şirkəti - “Almet Trading UK” LLC, Birləşmiş Ərəb Əmirliklərində "Almet Trading” DMCC fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
1 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)







.jpg)








