Daha bir xarici qurum Türkiyə Mərkəzi Bankının kəskin faiz artıracağını gözləyir
JPMorgan, Türkiyə Respublikası Mərkəzi Bankının (TCMB) iyun toplantısında faizini (uçot dərəcəsini) 8,50 faizdən 25 faizə qaldırmasının mümkün olduğuna diqqət çəkib.Türkiyədə iqtisadi rəhbərliyin Mehmet Şimşəkə keçməsindən sonra xarici qurumlar bir-bir Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) siyasət faizində kəskin artım proqnozu verirlər.
Marja.az xəbər verir ki, "SocGen"in ardınca "JPMorgan" da iyun toplantısında Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) iddialı faiz artıracağını proqnozlaşdırır.
Bazar ertəsi ABŞ bankı JPMorgan tərəfindən verilən məlumatda, TCMB-nin 22 iyunda və ya "bəlkə də daha tez" pul siyasəti iclasında uçot dərəcəsini 25 faizə qaldıra biləcəyi qeyd edilib.
JPMorgan iqtisadçıları bildiriblər: "İyunun 22-də keçiriləcək iclasda və ya bəlkə də ondan əvvəl siyasət dərəcəsinin indiki 8,5 faizdən 25 faizə qaldırılacağı ehtimalı var. Biz ilin sonuna 30 faiz olan uçot dərəcəsi proqnozumuzu dəyişmək fikrində deyilik".
SocGen 6,5 faiz bəndi artım gözləyir
Fransanın iri maliyyə xidmətləri şirkəti "Societe Generale" ("SocGen") Türkiyə ilə bağlı yeni təhlilində TCMB-nin uçot dərəcəsini 22 İyunda 15 faizə qaldırılacağını proqnozlaşdırıb.
Qurumun müştərilərinə göndərdiyi məlumatda, Türkiyə ilə bağlı əsas risklərin ortodoksal (ənənəvi) siyasətə qayıtmamaq və yeni iqtisadi rəhbərliyin ixracı dəstəkləmək üçün valyutanı zəiflətməsi ehtimalıdır.
Qurum, TCMB-nin uçot dərəcəsini 22 iyunda 6,50 faiz bəndi artıraraq 8,5%-dən 15%-ə çatdırılacağını, ardından iyul və avqust aylarında hər birində 5,00 faiz bəndi də artırılacağını gözləyir.
TCMB sədrliyi üçün adı hallanan Hafize Gaye Erkan Ankarada yeni xəzinə və maliyyə naziri Mehmet Şimşək ilə görüşüb. Bloomberg-in xəbərinə görə, bazar ertəsi səhər Ankaraya gələn Erkan daha sonra Şimşək tərəfindən qəbul edilib.
Müştərilərin xəbərləri
Azərbaycan pambıq sektorunda tarixi ilk: "Prime Cotton" USDA NOP Orqanik Sertifikatını əldə edən ilk şirkət oldu
SON XƏBƏRLƏR
- 5 gün sonra
- 5 gün sonra
-
4 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
-
53 d. əvvəl
“Tam qadağa yox, tənzimləmə xahiş edirik" - Sahibkarlar hökumətə və Milli Məclisə müraciət edir
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Zelenski Ukrayna üçün sülh planının bütün 20 bəndini açıqlayıb
- 3 saat əvvəl
-
3 saat əvvəl
Ermənistana Rusiya taxılı daşıyan növbəti qatar Böyük Kəsiyə çatıb
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Hava qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ
Hyundai 51 mindən çox avtomobili geri çağırır
Əhali etiraz etdi, "Dino Park" qiymətləri aşağı saldı
Ən çox oxunanlar
Zelenski Ukrayna üçün sülh planının bütün 20 bəndini açıqlayıb
Dekabrın 25-də gözlənilən hava şəraiti
Ermənistana Rusiya taxılı daşıyan növbəti qatar Böyük Kəsiyə çatıb
Putin Əliyevə zəng edib
Türkiyəyə gələn xarici turistlərin sayı 50 milyonu keçib
























