“OPEC plus”dan neft hasilatının azaldılması ilə bağlı yeni qərar - AZƏRBAYCAN DA DƏSTƏKLƏDİ
OPEC+ ölkələri 2024-cü il üçün neft hasilatının səviyyəsini gündəlik 40,46 milyon barel səviyyəsində razılaşdırıblar. Azərbaycan “OPEC plus”un xam neft hasilatının yeni səviyyəsi ilə bağlı qərarını dəstəkləyibNeft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin Vyanada keçirilən 35-ci iclasında “Əməkdaşlıq Bəyannaməsi” ölkələrinin 2024-cü il üçün gündəlik ümumi xam neft hasilatının səviyyəsini tənzimləyən qərar qəbul olunub.
Razılaşmaya uyğun olaraq gələn il gündəlik xam neft hasilatı “OPEC plus” üzrə 40,46 milyon barrel, Azərbaycan üçün 551 min barrel həcmində müəyyən edilib. Bu barədə Marja-ya Energetika Nazirliyindən bildirilib
“OPEC plus”un yeni qərarını şərh edən energetika naziri Pərviz Şahbazov bildirib ki, “Əməkdaşlıq Bəyannaməsi” iştirakçıları üçün əsas məqsəd neft bazarında ümumi mənafeyə xidmət edən balansa nail olmaq və neft sektorunun inkişafına mənfi təsir göstərən volatilliyin qarşısını almaqdır. “Hesab edirəm ki, OPEC və qeyri-OPEC ölkələrinin bu qərarı da neft bazarına zəruri dəstəyi təmin edəcək.”
“OPEC plus”un növbəti görüşü 2023-cü ilin 26 noyabr tarixinə təyin edilib.
“OPEC-ə üzv ölkələr və qeyri-OPEC ölkələri üçün ümumi xam neft hasilatının səviyyəsi 2024-cü il yanvarın 1-dən 2024-cü il dekabrın 31-dək gündəlik 40,46 milyon barel müəyyən edilir”, - deyə "OPEC plus"un məlumatda bildirilir.
Hesablamalarına görə, OPEC+ ölkələri hasilatı gündəlik 1,393 milyon barel azaldacaqlar. Qərar sabit neft bazarına nail olmaq və onu saxlamaq, habelə bazar üçün uzunmüddətli meyarları təmin etmək məqsədilə qəbul edilib.
Səudiyyə Ərəbistanı bir ay ərzində iyul ayından etibarən gündəlik neft hasilatını daha 1 milyon barel azaldacaq, Səudiyyə Mətbuat Agentliyi xəbər verir.
Rusiya baş nazirin müavini Aleksandr Novak bildirib ki, Rusiya neft hasilatının könüllü olaraq gündəlik 500 min barel azaldılmasını 2024-cü ilin dekabr ayının sonuna qədər uzadacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
50 d. əvvəl
Məşhur avtomobil tüninqi şirkəti BRABUS Azərbaycanda daşınmaz əmlak layihəsi təqdim edir
-
54 d. əvvəl
“Baku White City” və “Sea Breeze” birgə fəaliyyət haqqında saziş imzalayıblar
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Nova Credit" zərərdən mənfəətə keçib - QAZANCI KƏSKİ ARTIB
"Level Leasing"də yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək.
Ən çox oxunanlar
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib







.jpg)







.jpg)




