Baş Prokurorluq Zəngilanda erməni təxribatı ilə bağlı cinayət işi açıb
Baş Prokurorluq saxlanılmış 2 erməni ilə bağlı cinayət işi açdıAzərbaycan Respublikası Baş Prokurorluğu və Dövlət Sərhəd Xidmətinin birgə məlumat yayıb.
Marja xəbər verir ki, məlumatda deyilir:
“Mayın 26-da Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonunun Rəzdərə kəndi ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədinin pozulmasının qarşısı alınıb.
Belə ki, sərhəd-döyüş məntəqəsində xidmətdə olan hərbi qulluqçularımızın sayıqlığı nəticəsində təxribat-diversiya qrupunun hərəkəti vaxtında aşkarlanaraq zəruri tədbirlər görülüb və nəticədə Ermənistan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusu saxlanılıb.
Faktla bağlı Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsində aparılan araşdırma zamanı Ermənistan Respublikasının hərbi qulluqçuları – Hovakimyan Harut Yuriki, Qazaryan Karen Aşoti və qeyrilərinin qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib 26 may 2023-cü il tarixdə saat 16 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qanunsuz əldə edib özləri ilə daşıdıqları odlu silah və döyüş sursatları ilə birlikdə qanunsuz olaraq nəzarət-buraxılış məntəqələrindən və gömrük sərhədindən gömrük nəzarətindən kənar keçməklə Azərbaycan Respublikasında ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud Azərbaycan Respublikasının dövlət hakimiyyət orqanları tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyü ziddinə qərar qəbul edilməsinə təsir göstərmək və milli düşmənçilik salmaq məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması üçün Zəngilan rayonu Rəzdərə kəndi ərazisində yerləşən və dövlət sərhədini mühafizə edən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N saylı hərbi hissəsinin hərbi qulluqçularına odlu silahla atəşlər açmaqla onlara qarşı zor tətbiq edib terror aktı törədəcəkləri ilə hədələmələrinə əsaslı şübhələr müəyyən edilmişdir.
Qeyd olunanlarla bağlı Azərbaycan Respublikasının Baş Prokuroru tərəfindən Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silah və döyüş sursatının qaçaqmalçılığı), 214.2.1, 214.2.3 (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahdan istifadə etməklə törədildikdə), 228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah əldə etmə, daşıma, saxlama), 283.2.1 (zor tətbiq etməklə milli düşmənçiliyin salınmasına aşkar surətdə yönələn hərəkətlər etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən zor tətbiq etməklə Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.
Toplanmış sübutlar əsasında Harut Hovakimyan və Karen Qazaryan şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam edir.
İstintaqın gedişatı və nəticəsi barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin ediləcək".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 4 gün sonra
-
- 4 d. əvvəl
- 8 d. əvvəl
- 49 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Mədəni sərvətləri ehtiyatsızlıqdan məhv edənlər 2 ilədək həbs oluna bilər
-
2 saat əvvəl
Şarj növbəsi? Unut - Hibridlərin yeni nəsli artıq Azərbaycanda!
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Hökməli və Qobuda yolların təmirinə 1,4 milyon manat ayrıldı
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi
Şarj növbəsi? Unut - Hibridlərin yeni nəsli artıq Azərbaycanda!
Ən çox oxunanlar
Bank marketinq agentliyi xidmətləri satın alır
“Kənddən Şəhərə” Yeni il yarmarkası başlayır
Hökməli və Qobuda yolların təmirinə 1,4 milyon manat ayrıldı
Dekabrın 20-də gözlənilən hava şəraiti
Azərbaycandan Gürcüstana və İrana gedənlərin sayı artıb, Rusiya və Türkiyəyə gedənlərin sayı isə azalıb
Azərbaycana körfəz və MDB ölkələrindən gələnlərin sayı azalıb
Naxçıvanda 136 layihə üzrə yeni istehsal və xidmət sahələri yaradılıb, sahibkarlarının ixracı artıb
ABB növbəti dəfə yüksək təhlükəsizlik sertifikatı aldı!










.jpg)





.jpg)


