Azərbaycana gələn turistlərin sayı 1,6 dəfə artıb - RUSLAR 1-Cİ YERDƏDİR
Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2023-cü ilin yanvar-aprel aylarında Azərbaycan Respublikasına dünyanın 168 ölkəsindən 522,9 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,6 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir.
Dövlət Statistika Komitəsinin yaydığı press-relizdə bildirilir ki, gələnlərin 31,7 faizi Rusiya Federasiyası, 20,9 faizi Türkiyə, 8,4 faizi İran, 5,5 faizi Gürcüstan, 5,0 faizi Hindistan, 2,3 faizi Pakistan, 2,2 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,0 faizi Qazaxıstan, 1,8 faizi Özbəkistan, 1,7 faizi Səudiyyə Ərəbistanı, hər birindən 1,6 faiz olmaqla Ukrayna və Belarus, 1,3 faizi Türkmənistan, 1,2 faizi Küveyt, 12,8 faizi digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 75,8 faizini kişilər, 24,2 faizini qadınlar təşkil etmişdir.
Ötən ilin eyni dövrü ilə müqayisədə Çindən gələnlərin sayı 4,3 dəfə, Hindistandan - 4,2 dəfə, Türkmənistandan - 3,8 dəfə, Özbəkistandan - 3,3 dəfə, Belarusdan - 3,3 dəfə, Qazaxıstandan - 2,1 dəfə, Pakistandan - 1,9 dəfə, Rusiya Federasiyasından - 1,9 dəfə, Böyük Britaniyadan - 1,9 dəfə, Niderlanddan - 1,9 dəfə, İsraildən - 1,8 dəfə, ABŞ-dan - 1,7 dəfə, Omandan - 1,6 dəfə, Küveytdən - 48,9 faiz, Birləşmiş Ərəb Əmirliklərindən - 44,5 faiz, Gürcüstandan - 43,8 faiz, Türkiyədən - 31,0 faiz artmışdır.
2022-ci ilin yanvar-aprel ayları ilə müqayisədə MDB ölkələrindən gələnlərin sayı 1,9 dəfə artaraq 213,4 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 1,7 dəfə artaraq 27,6 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 4,0 faiz artaraq 76,2 min nəfər olmuşdur.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 33,7 faizi dəmir yolu və avtomobil, 64,8 faizi hava, 1,5 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir
2022-ci ilin yanvar-aprel ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 23,2 faiz artaraq 493,1 min nəfər olmuşdur. Rusiya Federasiyasına gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 1,8 dəfə, Gürcüstana gedənlərin sayı 41,6 faiz, Türkiyəyə gedənlərin sayı 5,5 faiz artmış, İrana gedənlərin sayı isə 26,5 faiz azalmışdır. Ölkə vətəndaşlarının 38,9 faizi Türkiyəyə, 24,1 faizi Rusiya Federasiyasına, 9,4 faizi Gürcüstana, 7,8 faizi İrana, 19,8 faizi digər ölkələrə səfər etmişdir. Gedənlərin 69,6 faizini kişilər, 30,4 faizini qadınlar təşkil etmişdir.
2023-cü ilin yanvar-aprel aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 29,5 faizi dəmir yolu və avtomobil, 67,8 faizi hava, 2,7 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.
Xatırladaq ki, Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2022-ci ilin yanvar-aprel aylarında Azərbaycan Respublikasına dünyanın 151 ölkəsindən 330,6 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,0 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdi. Gələnlərin 26,2 faizi Rusiya Federasiyası, 25,3 faizi Türkiyə, 14,7 faizi İran, 6,1 faizi Gürcüstan, 3,2 faizi Ukrayna, 2,6 faizi Səudiyyə Ərəbistanı, 2,4 faizi Birləşmiş Ərəb Əmirlikləri, hər birindən 1,9 faiz olmaqla Hindistan və Pakistan, 1,5 faizi Qazaxıstan, 1,3 faizi Küveyt, 1,2 faizi Böyük Britaniya, 11,7 faizi digər ölkələrin vətəndaşları olmuşdu. Gələnlərin 80,3 faizini kişilər, 19,7 faizini qadınlar təşkil etmişdi.
2022-ci ilin yanvar-aprel aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 2,5 dəfə artaraq 400,2 min nəfər olmuşdu. İrana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 4,7 dəfə, Türkiyəyə gedənlərin sayı 2,6 dəfə, Gürcüstana gedənlərin sayı 2,1 dəfə, Rusiya Federasiyasına gedənlərin sayı isə 1,9 dəfə artmışdı. Ölkə vətəndaşlarının 45,5 faizi Türkiyəyə, 16,7 faizi Rusiya Federasiyasına, 13,1 faizi İrana, 8,2 faizi Gürcüstana, 16,5 faizi digər ölkələrə səfər etmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
-
5 saat əvvəl
Naxçıvan və Urumçi şəhərləri arasında iqtisadi əməkdaşlığa dair onlayn görüş keçirilib
-
7 saat əvvəl
Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb
- 7 saat əvvəl
-
7 saat əvvəl
Xarici vətəndaşlar üçün bəzi qoruq və muzeylərə giriş qiyməti dəyişir
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
- 8 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
ABB İnvest “İlin investisiya şirkəti” seçildi
Ən çox oxunanlar
Zərgərlik sahəsində əyar nəzarəti sistemi formalaşdırılır
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
Bakı Limanında rekord nəticə
Sahibkarın 4 milyon manatını ələ keçirməkdə təqsirləndirilən dəstənin məhkəməsi başlayıb
"FINCA Azerbaijan"ın dollar istiqrazlarına 54 investordan 54 sifariş - HƏRRACIN NƏTİCƏSİ
6 faydalı qazıntı yatağı hərraca çıxarılacaq
Paşinyan Azərbaycandan Ermənistana benzin tədarükünü alqışladı

















.jpg)



.jpg)
