"Ata Agro" şirkəti 30 hektar meyvə bağı salıb
Samuxun Qarayeri qəsəbəsində yaradılmış müasir tələblərə cavab verən "Ata Agro" MMC diqqəti çəkir. Şirkət Azərbaycanda yüksəkkeyfiyyətli müxtəlif növ saf, ekoloji cəhətdən təmiz kənd təsərrüfatı məhsullarının, o cümlədən pomidor, xiyar, üzüm, xurma, günəbaxan tumu, qarğıdalı dəni, buğda və arpa, yüksəkkeyfiyyətli elit toxumları istehsalı ilə məşğuldur.
Şirkətin təsisçisi həyatını dövlətə və dövlətçiliyə sərf etmiş, rayon ağsaqqalı, aqrar sahədə təcrübəli, tanınmış mütəxəssis Məmməd Ələkbərov nümunəvi ailə təsərrüfatı yaratmışdır. Oğlu, şirkətin rəhbəri gənc Calal Ələkbərovla birgə aqrar sahənin inkişafına öz töhfələrini verməkdədirlər.
Şirkətin rəhbəri bildirib ki, "Ata Agro" müəssisəsinin mövcud özəl torpaq sahəsində 53 hektarında buğda, 15 hektarında arpa, 9 hektarında qarğıdalı, 8 hektarında kartof əkilmişdir. 5 hektar ən yaxşı üzüm sortlarından olan bağ mövcuddur ki, yüksək məhsulu ilə regionda fərqlənir. Eyni zamanda 2 hektar sahəsi olan istixanada təmiz və yüksəkkeyfiyyətli tərəvəz və bostan bitkiləri yetişdirilir.
"Ata Agro" tərəfindən artıq 30 hektar sahədə müxtəlif çeşidli meyvələrin yetişdirilməsi üçün bağlar salınıb. Belə ki, 10 hektarda əkilmiş ərik bu il öz bəhrəsini vermişdir. İndi isə 20 hektarda salınan nektarin ağacları isə gələcəkdə yəqin ki, öz ləziz meyvəsi ilə regiona öz töhfəsini verəcəkdir.
Bu gün əsas məsələlərdən biri də yığılan məhsulların saxlanılması üçün şəraitin yaradılmasıdır. Bunu nəzərə alaraq, hazır məhsulların saxlanması üçün 850 ton tutumlu soyuducu inşa edilmişdir. Bütün bu işlərin görülməsində texnikaların köməyi əvəzsizdir. Belə ki, 4 traktor, səpən və becərən aqreqatlar işlərimizə yardımçıdırlar. Suvarılmanın mütəşəkkil aparılması üçün 2 arteziandan istifadə olunur. Hazırda şirkətin 30 nəfər işçisi var. Mövsümi işlər artdıqca, işçi qüvvəsi də artacaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 12 saat sonra
-
-
3 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 9 saat əvvəl
-
10 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























