4 nəfərlik ailəvi kottejlər 30, VİP kottejlər isə 20 manatdır
Yay fəslində ölkəmizin cənub bölgəsində yerli turistlərlə yanaşı, əcnəbi turistlərin də diqqətini çəkən buranın şəfalı bulaqlarıdır.
Əsrarəngiz təbiətə malik Masallı rayonunda faydalı minerallarla zəngin onlarla bulaq var. Mütəxəssislər bildirirlər ki, Masallının zəngin minerallarla dolu olan İstisu vannaları bir çox xəstəliyin müalicəsinə müsbət təsir göstərir. Bu istirahət mərkəzlərində revmatizm, oynaq ağrıları və digər xəstəliklərdən əziyyət çəkən insanlar müalicə olunurlar.
İstisu “Fatimeyi-Zəhra” şəfa sanatoriyası Masallı şəhərindən 13 kilometr aralıda, dəniz səviyyəsindən 1650 metr yüksəklikdəki Dəmbəlov dağının döşündə, Viləş çayının sahilində yerləşir. Burada yerin dərin qatlarından 60 dərəcədən də çox isti halda çıxan su xəstəlikləri dava-dərmansız sağaldır. Qədim dövrlərdən bəri yerli sakinlər bu sudan müalicə kimi istifadə edirlər.
Dincəlmək məqsədi ilə Masallıya üz tutan turistlər söhbət zamanı bildirdilər ki, buraya gəlməkdə məqsədləri həm də şəfalı suyun faydasından bəhrələnməkdir.
Turist Reyhan Axundova deyir ki, böyrək, mədə ağrıları onu incitdiyi üçün buranı seçib. İstisuda müalicə keçir, artıq ilkin müsbət nəticələr də var.
Digər turist Asif Fətəliyev isə qeyd edib ki, bu su həm də həzm prosesini asanlaşdırır. Altı gündür ki, burada dincələn Asif artıq mədəsindəki ağrıların azaldığını söyləyir.
Müalicə həkimi Rauf Qurbanov rayondakı müalicəvi bulaqların sağlamlıq baxımdan əhəmiyyətini yüksək dəyərləndirərək deyib: “Bu sular şəfa mənbəyidir. Bura bir dəfə gələn şəxs növbəti il yenə təşrif buyurur. Çünki bu suların xeyrini görür. Təkrar müalicəyə gələnlər revmatizm və oynaq ağrılarının azalması ilə yanaşı, payız-qış aylarında virusoloji, qripəbənzər xəstəliklər keçirmədiklərini də deyirlər.”
Rayonun turizm sektorunda çalışanlar bildirirlər ki, bu il mövsüm gec başlasa da, göstərilən xidmətin səviyyəsi və qiymətlərin aşağı olması nəticəsində turist axını hər gün artır. İstirahət mərkəzlərində dincələn turistlərə bölgə mətbəxinin zəngin yeməkləri ilə yanaşı, dünya mətbəxinin də təamları təklif edilir.
İstirahət mərkəzində 4 nəfərlik ailəvi kottejlər 30, 2 nəfərlik VİP kottejlər isə 20 manatdır. Hovuz, masaj, isti su vannaları, saunalar, turistlərin yüksək səviyyədə istirahətini təmin etmək üçün hər cür şərait var.
Qeyd edək ki, Masallı rayonunda 31 turizm obyekti fəaliyyət göstərir. Onlardan üçü müalicəvi əhəmiyyətlidir.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
7 saat əvvəl
Azercell “Great Place to Work®” beynəlxalq sertifikatına layiq görülüb
- 8 saat əvvəl
-
8 saat əvvəl
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
-
8 saat əvvəl
AzInTelecom “AI GITEX Kenya 2026” texnologiya sərgisində təmsil olunub
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
Samsung Electronics həmkarlar ittifaqı ilə razılığa gəlib - hər işçiyə 340 min dollar bonus ödəniləcək
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Goldman Sachs: Qlobal neft ehtiyatları rekord sürətlə azalır
Nvidia gəlirini 85 faiz, xalis mənfəətini 211 faiz artırıb
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ






.jpg)















.jpg)


