Azərbaycan banklarının kapitalının və aktivlərinin gəlirliliyi azalacaq - "Standard & Poor's"
"Standard & Poor's" beynəlxalq reytinq agentliyi Azərbaycan banklarının kapitalının və aktivlərinin gəlirliliyi üzrə proqnozunu açıqlayıb.
Reytinq agentliyinə istinadən xəbər verilir ki, Azərbaycan bankların xalis mənfəətinin balans kapitalına nisbəti (ROE) 2023 və 2024-cü illər üzrə 15% proqnozlaşdırılıb. 2022-ci ildə isə bu rəqəm 16,2% təşkil edib.
"S&P Global Ratings" bankların aktivlərinin gəlirliliyinin (RoAA) 2022-ci ildəki 1,9%-dən 2023 və 2024-cü illərdə 1,8%-ə enəcəyini müəyyən edib.
"Standard & Poor's" Azərbaycanda problemli kreditlərlə bağlı proqnozunu açıqlayıb
"S&P Global Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanda bank sektoru üzrə problemli kreditlərlə bağlı proqnozunu açıqlayıb.
Agentlik 2025-ci ilə kimi Azərbaycanda problemli kreditlərin nisbətən artacağını proqnozlaşdırıb.
Belə ki, 2022-ci il üzrə vaxtı ötmüş kreditlərin ümumi kredit portelinə nisbəti 2,9% təşkil edib. "Standard & Poor's" bu il üzrə problemli kreditlərin 3,1%, 2024-cü ildə isə 3,2%-ə kimi artacağını müəyyən edib.
S&P bank sektorunda kredit itkilərinin artacağını proqnozlaşdırıb. Reytinq agentliyi kredit itkilərinin ümumi kredit portfelinə nisbətinin 2023 və 2024-cü illər üçün 1,2% müəyyən edib.
Qeyd edək ki, ötən il üzrə bu rəqəm 1% təşkil edib.
© APA
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 15 d. əvvəl
-
- 39 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bank of Baku-da işçilərin sayı ötən ilin ikinci yarısında sürətlə artıb
-
2 saat əvvəl
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
-
2 saat əvvəl
Onlayn kredit istifadəsində yeni tendensiya: Aylıq ödəniş hesablaması ön planda
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
İlqar Əliyev “Azfinans”ı satıb
AZAL tərəfindən 8 yeni təyyarənin alınması planlaşdırılır
BOKT 11 milyon 550 min manat dividend elan edib













.jpg)




.jpg)







