Maliyyə, bank, investisiya və sığorta xidmətlərinin reklamı sahəsində qanunvericiliyin tələbləri nədən ibarətdir?
Maliyyə, bank, investisiya və sığorta xidmətlərinin reklamları qanunvericilikdə həm ümumi normalardan irəli gələn tələblər, həm də qeyd edilən xidmət sahələri ilə bağlı xüsusi normalardan irəli gələn tələblərlə tənzimlənir.
İstehsalı və ya satışı lisenziyalaşdırılan, sertifikatlaşdırılan əmtəələr yalnız müvafiq təsdiqləyici sənədlər olduqda reklam edilə bilər. Bu halda reklamda lisenziyanın və sertifikatın nömrəsi, verilmə tarixi və onu verən orqanın adı göstərilməlidir. Maliyyə, bank, investisiya və sığorta xidmətləri lisenziyalaşdırılan fəaliyyət növü olduğuna görə sözügedən xidmətlərin reklamlarında onların müvafiq lisenziyaya malik olması barədə məlumatlar əks olunmalıdır.
Qanunvericiliyin müəyyən etdiyi xüsusi tələblərə gəldikdə isə, maliyyə, bank, sığorta, investisiya xidmətləri, qiymətli kağızların reklamında bu xidmətləri təklif edən şəxsin hüquqi adı, hüquqi ünvanı, fiziki şəxslərin adı, soyadı, atasının adı, ünvanı, əlaqə vasitələri, qiymətli kağızın emitenti qeyd olunmalıdır.
Əlavə olaraq, maliyyə, bank, investisiya və sığorta xidmətlərinin reklamlarında bu hallar qadağandır:
-müvafiq müqavilənin bağlandığı vaxt xidmətdən istifadənin səmərəliliyini müəyyən etmək mümkün olmadıqda, əvvəlki dövrlərin göstəriciləri əsasında gələcəkdə fayda əldə olunacağına dair zəmanət yaxud vəd verilməsi;
-mövcud yaxud baş verməsi gözlənilən risklərin, gəlirlərə təsir göstərən müqavilə şərtlərinin reklam istehlakçısından gizlədilməsi;
-buraxılışı maliyyə bazarlarına nəzarət orqanında qeydiyyatdan keçməmiş qiymətli kağızların reklamı;
-satışa çıxarılması barədə qərar qəbul edilənədək qiymətli kağızların reklamı;
-təqdim olunan məlumatların emissiya prospektində əks olunan məlumatlarla ziddiyyət təşkil etməsi.
İstehlak kreditinə dair reklamda kreditin hər hansı xərci ilə bağlı məlumat verildiyi halda, istehlakçılar aşağıdakılar barədə də məlumatlandırılmalıdır:
-kreditin ümumi xərcinə daxil olan istənilən xərclər, o cümlədən illik faiz dərəcəsi, faktiki illik faiz dərəcəsinin hesablanmasına qanunvericiliyə müvafiq qaydada daxil olan digər xərclər;
-kreditin müddəti;
-kredit müəyyən malın alınması və ya xidmətlərin göstərilməsi ilə əlaqədar verildikdə, həmin mal və ya xidmət, onun nağd qiyməti və ilkin ödənilən məbləğ;
-kredit müqaviləsinin bağlanması üçün əlavə xidmət müqavilələrinin bağlanması məcburi olduqda və həmin xidmətin qiyməti əvvəlcədən müəyyən edilə bilinmədikdə, həmin müqaviləni bağlamaq öhdəliyi.
Yuxarıda qeyd edilən məlumatlar digər məlumatlardan kiçik olmayan və aydın şəkildə oxuna bilən ölçülərdə yayımlanmalıdır.
Bank xidmətləri sahəsində reklama dair tələblərdən biri də bankın onun nizamnaməsi ilə müəyyən edilmiş firma adında mütləq qaydada "bank" sözünün olmasıdır. Heç bir bank istənilən sənəddə, elanlarda və ya reklamda özünün nizamnaməsində göstərilən addan fərqli adla adlandırıla bilməz.
İnvestisiya xidmətlərinin reklamlarında isə idarəçi və ya səhmdar investisiya fondu səhm və payların reklamı zamanı qeyri-dəqiq, təhrif edilmiş, habelə investisiya bəyannaməsinə zidd olan məlumatlardan istifadə etməməlidir. İnvestorların qərarlar qəbul etməsi üçün vacib olan məlumatların, o cümlədən risklər barədə məlumatların gizlədilməsinə yol verilmir.
Sığorta xidmətlərinin reklamı zamanı sığortaçı adının əks olunduğu lövhələrdə, blanklarda, möhürlərdə və kargüzarlıqla bağlı rəsmi xarakterli bütün digər ləvazimatlarda, reklam və elanlarda nizamnaməsində müəyyən olunan tam və ya qısaldılmış addan istifadə etməlidir.
Ölkəmizdə qüvvədə olan qanunvericiliyə görə istehlakçıları çaşdırmağa yaxud aldatmağa yönəldilən reklamlara, həmçinin haqsız, qeyri-dəqiq və gizli reklamların yayımlanması nəticəsində haqsız rəqabətə yol verilməsinə görə maliyyə sanksiyaları və inzibati məsuliyyət tədbirləri nəzərdə tutulur.
İstehlakçılar maliyyə, bank, investisiya və sığorta xidmətlərinin reklamı zamanı mövcud qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinin pozulması halları ilə rastlaşdıqları zaman İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsmi internet səhifəsi (https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif) və ya elektron poçt ([email protected]) vasitəsilə müraciət edə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 6 gün sonra
-
-
5 saat əvvəl
Bakcell “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək oldu
-
7 saat əvvəl
33 min 615 baş heyvanın alınmasına 89,8 milyon manat məbləğində güzəşt tətbiq edilib
-
7 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 15% olan istiqrazlar ticarətə buraxılacaq - TARİX
- 7 saat əvvəl
-
7 saat əvvəl
"Dino Park": 3 və daha çox uşağı olan ailələr üçün 20% endirim tətbiq olunacaq
-
7 saat əvvəl
Süd məhsullarının istehsalçılarına ubsidiyaların verilməsi planlaşdırılır
-
8 saat əvvəl
Avropa bankı Qafqazın böyük avtomobil distribütor şirkətinə 25 milyon avro kredit ayırır
-
8 saat əvvəl
Trendyol ölkənin ilk inklüziv kafesi “Kashalata”nın inkişafına dəstəyini davam etdirir
-
8 saat əvvəl
Qızılın qiyməti üzrə dünyanın ən yaxşı proqnoz verən qurumları - SİYAHI
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Bakcell “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək oldu
Ən çox oxunanlar
Avropa bankı Qafqazın böyük avtomobil distribütor şirkətinə 25 milyon avro kredit ayırır
Trendyol ölkənin ilk inklüziv kafesi “Kashalata”nın inkişafına dəstəyini davam etdirir
"Azər-Türk Bank"ın kredit reytinqləri təsdiqlənib - BANK YENİ STRATEGİYA HAZIRLAYIR









.webp)


.jpg)














.jpg)
