Azərbaycanda neft hasilatı 8 faiz azalıb, qaz hasilatı isə 1,9 faiz artıb
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2023-cü ilin yanvar-aprel aylarında 24,3 milyard manatlıq və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,4 faiz az sənaye məhsulu istehsal edilmişdir. Neft-qaz sektorunda məhsul istehsalı 3,3 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 6,1 faiz artmışdır.
Sənaye məhsulunun 71,1 faizi mədənçıxarma sektorunda, 23,6 faizi emal sektorunda, 4,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 8,0 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 1,9 faiz artmışdır.
Emal sektorunda kompüter, elektron və optik məhsulların istehsalı 2,6 dəfə, ağacın emalı və ağacdan məmulatların istehsalı 90,6 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 69,2 faiz, poliqrafiya məhsullarının istehsalı 44,2 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 40,5 faiz, kağız və karton istehsalı 40,2 faiz, maşın və avadanlıqların istehsalı 23,5 faiz, tikinti materiallarının istehsalı 20,5 faiz, içkilərin istehsalı 18,1 faiz, neft məhsullarının istehsalı 18,1 faiz, qida məhsullarının istehsalı 12,2 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 12,2 faiz, tütün məmulatlarının istehsalı 9,8 faiz, mebel istehsalı 7,0 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 3,5 faiz, elektrik avadanlıqlarının istehsalı 1,5 faiz, kimya sənayesi məhsullarının istehsalı 0,9 faiz artmış, əczaçılıq məhsullarının istehsalı 4,4 faiz, hazır metal məmulatlarının istehsalı 6,2 faiz, geyim istehsalı 23,2 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 27,3 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 41,4 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 43,3 faiz azalmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 5,9 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 19,9 faiz artmışdır.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 22 saat sonra
-
- 45 d. əvvəl
- 52 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanla BƏƏ arasında strateji tərəfdaşlığın vəziyyəti müzakirə olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Bakı Metropoliteni" Çin şirkəti ilə differensial tarif siyasətini müzakirə edib
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb
Azərbaycanda ov mövsümünün müddəti uzadılıb
Ən çox oxunanlar
Qızıl və gümüş kəskin ucuzlaşıb
"Azərkosmos"un illik gəlirinin məbləği açıqlandı
İxracdan ən çox qazanan özəl şirkətlər - SİYAHI
Qızıl 1-ci, pomidor 2-ci , karbamid 3-cü yeri tutub - Qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Azərbaycan neftinin son qiyməti
Abşeronun prokuroru vəzifəsindən azad olundu























