“Azərbaycan Sənaye Sığorta”dan 2,3 milyon manatlıq ödəniş
“Azərbaycan Sənaye Sığorta” ASC 2017-cı ilin 6 ayı üçün sığorta ödənişləri və fəaliyyəti ilə bağlı məlumatları açıqlayıb.
Şirkətdən “Marja”ya verilən məlumata görə, göstərilən müddət ərzində 2 312 466 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Bu məbləğin 336 692 manatı İcbari sığorta növləri üzrə, 1 975 774 manatı isə könüllü sığorta növlərinin payına düşür. Şirkətin ən böyük sığorta ödənişi Kənd təsərrüfatı bitkilərinin sığortası növü üzrə 1 318 065 manat olmuşdur. Qeyd edək ki, bu ödəniş sığorta bazarında bu növ üzrə ən böyük sığorta ödənişidir.
"Şirkət 2017-ci ilin ilk yarımilliyində Kənd təsərrüfatı bitkilərinin sığortası ilə bağlı Ukrayna ekspert şirkətilə əməkdaşlığa başlamış, təkrarsığorta təminatı olaraq, xarici təkrarsığortaçılarla yeni müqavilələr imzalamış, daşınmaz əmlakın sığortası növü üzrə də “Dreamland Golf Resort”u sığortalamışdır. Şirkət həmçinin Tibbi sığorta və korporativ sığorta xidmətləri ilə bağlı məmnuniyyət araşdırmaları aparmış, İqtisad Universiteti ilə birgə yazı yarışması keçirmiş, “İkiqat şans” və “Yaya Hazırsan?” stimullaşdırıcı lotereyanın sığorta tərəfdaşı olmuşdur.
Bundan başqa, könüllü tibbi sığorta xidməti göstərilən müəssislərdə, yeni sığorta ili üçün göstərilən xidmətlərlə bağlı təqdimatlar keçirmiş, yaranan sualları cavablandırmış, irad və təklifləri diqqətə almışdır", - Şirkətin məlumatında deyilir.
İlin sonunadək Şirkət buna bənzər araşdırmaların, yeni əməkdaşlıqların həyata keçirilməsini davam etdirəcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 13 saat əvvəl
- 1 gün əvvəl
-
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
2 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 2 gün əvvəl
-
2 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
2 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti














.jpg)












