"Biz iyunun əvvəlində pulumuzun tükənəcəyini proqnozlaşdırırıq"
"ABŞ Xəzinədarlığının defolt olmasının mümkün vaxtı, o cümlədən əvvəllər elan edilmiş iyunun 1-i ilə bağlı tarix qeyri-müəyyən olaraq qalır".
Marja xəbər verir ki, bunu ABŞ-ın Maliyyə naziri Janet Yellen bildirib.
"Biz iyunun əvvəlində pulumuzun tükənəcəyini proqnozlaşdırırıq. Bunun iyunun 1-də baş verməsi ehtimalı var. Əlbəttə, əhəmiyyətli qeyri-müəyyənlik də var", - deyə o, ABC News-a müsahibəndə defoltun mümkün vaxtı ilə bağlı suala cavabında deyib.
Yellen əlavə edib ki, Xəzinədarlığın dövlət borcu və defolt məsələsi ilə bağlı xəbərləri olarsa, ABŞ Konqresini məlumatlandırmaq niyyətindədir.
Cümə günü CNBC mənbələrə istinadən xəbər verib ki, ABŞ administrasiyası defoltdan qaçmaq və respublikaçı müxalifətlə danışıqlara daha çox vaxt ayırmaq üçün milli borc tavanının qısamüddətli artırılmasını nəzərdən keçirir.
ABŞ Xəzinədarlığı daha əvvəl xəbərdarlıq etmişdi ki, Konqres həmin vaxta qədər borclanma limitlərini artırmasa, iyunun 1-də o, öhdəliklərini tam şəkildə yerinə yetirə bilməyəcək.
Konqresin aşağı palatasına nəzarət edən respublikaçılar tavanın artırılmasına qarşı çıxırlar.
Prezident Joe Biden dəfələrlə rəqiblərindən heç bir müşayiətedici şərt olmadan borc limitlərini genişləndirməyi tələb etmiş və açıq şəkildə bu mövzuda danışıqlardan imtina etmişdi. Onun gələn həftə Konqres liderləri, o cümlədən Nümayəndələr Palatasının spikeri Kevin Makkarti ilə görüşü planlaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 2 d. əvvəl
-
- 7 d. əvvəl
- 12 d. əvvəl
- 20 d. əvvəl
- 40 d. əvvəl
- 56 d. əvvəl
-
57 d. əvvəl
Bu gün Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaq
-
1 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın kredit portfeli biznes kreditləri hesabına artıb
-
2 saat əvvəl
Əhalinin borc yükü və istehlak kreditləri üzrə qeyri-işlək portfel artıb
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Çinin ixracı yavaşlayıb
Azərbaycan neftinin son qiyməti
Azərbaycanda median aylıq kirayə haqqı 1000 manatı keçib
Ən çox oxunanlar
Bank sektorunda təmərküzləşmə azalıb
Sığorta sektorunun zərərlilik dərəcəsi artıb
BOKT sektorunun xalis kredit portfeli 30 faizə yaxın artıb
"Expressbank" 2026-cı ilin ilk rübündə mənfəətini artırıb
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib
PAŞA Kapital ilə PAŞA Bank səhmdarı ol















.jpg)






