Azərbaycan Turizm və Menecment Universitetində 2 mindən çox tələbə təhsil alır
Hazırda Dövlət Turizm Agentliyinin tabeliyindəki Azərbaycan Turizm və Menecment Universitetində 3 fakültə və 8 kafedra üzrə ümumilikdə 2083 tələbə təhsil alır.
Bunu Universitetin rektoru İlham Mədətov ali təhsil müəssisəsinə keçirilən Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Turizm və rekreasiya XXI əsrdə: problemlər və perspektivlər” adlı VI Beynəlxalq Elmi-Praktiki Konfransda bildirib.
Tədbirin əsas məqsədi Azərbaycanın turizm ehtiyatlarının ölkə iqtisadiyyatı üçün əhəmiyyətini, dünya turizm bazarında ölkəmizin yerini, turizm təhsili sahəsində mövcud problemləri araşdırmaqdan, bu sahədə tədqiqat aparan elm adamları ilə mövcud əməkdaşlığı genişləndirmək ibarətdir.
İ.Mədətov çıxışında ölkə turizminin inkişafı ilə paralel olaraq turizm təhsilli kadrların yetişdirilməsinin vacibliyinə toxunub, dövlətin dəstəyi və qayğısı ilə turizm təhsilinin artıq yalnız peşə təhsili deyil, ali təhsildə də müstəqil bir sahə olaraq inkişaf etdiyini qeyd edib. O, turizm sənayesi üçün keyfiyyətli kadrların hazırlanması istiqamətində universitetin aktiv fəaliyyət göstərdiyini diqqətə çatdırıb.
Sabah işini yekunlaşdıracaq konfransda Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan, Qazaxıstan, Özbəkistan və Qırğızıstanı təmsil edən ümumilikdə 105 tədqiqatçı məruzəçi qismində iştirak edir. Konfransda Ulu öndərin Azərbaycan iqtisadiyyatının formalaşmasında rolu, Naxçıvan MR-da turizmin inkişafı istiqamətində həyata keçirdiyi tədbirlər, Azərbaycan regionlarında, xüsusilə işğaldan azad olunmuş ərazilərdə turizmin inkişaf etdirilməsi və turizmlə əlaqədar müxtəlif mövzuları ehtiva edən məruzələrin dinlənilməsi nəzərdə tutulur.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 14 saat sonra
-
-
1 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!




















