Azərbaycanda insanlar bahalı mobil telefonu və bahalı nömrəni niyə alırlar?
Hər bir ölkədə olduğu kimi Azərbaycanda da bahalı mobil telefona və bahalı nömrəyə böyük məbləğdə pul verən, bunu prestij hesab edən insanlar var və onların sayı az deyil.
Maraqlısı isə odur ki, bəzən bu addımı atanlar arasında maddi vəziyyəti yaxşı olmayanlara, prestij üçün kredit yükünün altına girənlərə də rast gəlinir.
Məsələn, aylıq gəliri 500-1000 manat civarında olanlar dəyəri təxminən 5 min manat olan "İphone 14 pro max" markalı mobil telefon işlətməkdən çəkinmirlər. Bəziləri isə hətta bir qədər də irəli gedərək telefondan da baha olan mobil nömrələr alırlar. Məsələn, ölkədə əsasən yüksək vəzifəli şəxslərin işlətdiyi, dəyəri 10 min manatdan az olmayan, 211-lə başlayan mobil nömrələrin müştərisi olan sadə vətəndaşlar var. Eyni sözü avtomobil nömrələri haqqında da demək olar. Bəs insanlar bahalı mobil telefonu və bahalı nömrəni niyə alırlar? Bu mövzu ilə bağlı ekspertlərin rəyini öyrənilib.
"Bu, psixoloji xəstəlikdir"
Sosioloq Elçin Bayramlı hesab edir ki, Azərbaycanda bahalı mobil telefonlara və nömrələrə meylilik psixoloji amillərlə bağlıdır: "Azərbaycanda insanların bahalı mobil telefon və nömrə ilə özünü təsdiq etmək, başqalarından üstün görünmək kimi bir həvəsi var və bu, artıq xəstəlik həddinə çatıb. Yəni, mən bunu psixoloji xəstəlik hesab edirəm. Təəssüf ki, bu cür xərcləmələr bir çox hallarda borclanmalara, müflis olmalara, ailədaxili münaqişələrə, hətta boşanmalara gətirib çıxarır.
Məsələnin digər narahatlıq doğuran tərəfi isə odur ki, maddi vəziyyəti yaxşı olmayanlar da belə dəbdəbəyə maraq göstərir. Halbuki, insanın dəyəri hansısa cihaz və yaxud nömrə ilə deyil, onun şəxsiyyəti, əxlaqı, biliyi, savadı ilə ölçülməlidir. Məsələn, Qərb ölkələrində - Avropada bahalı mobil telefonlardan və nömrələrdən yalnız kiçik qrup istifadə edir. Onlarda belə hallar heç də düzgün qəbul olunmur".
"İnsanlar fərqlənmək istəyirlər"
Psixoloq Könül Babayeva da hesab edir ki, insanların bahalı telefon və nömrəyə meylliyi onların başqalarından fərqlənmək istəyindən irəli gəlir: “Dəbdəbəli əşya status göstəricisidir, bunları alan şəxs “mən sizdən fərqlənirəm, mənim bu cür bahalı telefon almağa pulum var və demək ki, sizdən daha güclüyəm” mesajı verir. Bahalı əşya aldığı zaman insanların beynində endorfin, el dilində desək “xoşbəxtlik” hormonu ifraz olunur, alış-veriş edənin emosional vəziyyəti yüksəlir. İnsanda qısa müddətli olaraq seçilmişlik və elitlik illüziyası yaranır, bu da onu müəyyən müddətdə xoşbəxt edir. Əlbəttə ki, fərqlənmək üçün intellektual inkişaf, erudisiya, nizam-intizam və əməklə əldə olunan uğur da istifadə oluna bilər".
Onun fikrincə, azərbaycanlıların dəbdəbəyə meylliliyin tarixi amilləri də var: "Bu, bütün post-sovet məkanında geniş yayılıb. Çünki insanlar bir əsrə yaxın müddət ərzində defisit içində yaşayıblar. Bərabərlik ideologiyası insanların beyninə yeridilirdi, halbuki rəhbər vəzifələrdə olanlar yaydığı ideologiyanın tam əksini edirdilər. Yalnız səlahiyyətli və rəhbər şəxslərin dəbdəbəli əşyalara əli çatırdı (bahalı zinət əşyaları, xəz dəri geyimləri və s). Bəzi adamların pulu olsa da, defisitə görə dəbdəbəli əşyaları əldə edə bilmirdi. Sonra sovet sistemindən kapitalizmə keçid baş verdi, sərhədlər açıldı və bahalı mallar daha əlçatan oldu. Artıq onları əldə etmək üçün pul lazımdır. Ona görə əlinə pul keçən şəxslər özünü elit və güclü hesab etmək üçün dəbdəbəyə meyl göstərdi. Sosial psixologiyaya görə insanlar daha güclü olanlara, daha yüksək sosial pillədə olan adamlara bənzəmək istəyir. Buna görə də bahalı əşyaların saxta surətlərinə da maraq çoxdur. Halbuki ABŞ-da vəziyyət fərqlidir. Artıq varlı insanlar dəbdəbəyə əvvəlki tək meyl göstərmirlər. Onlar pullarını daha bahalı olan ekoloji təmiz məhsullara, qidaya, ev alarkən daha bahalı və keyfiyyətli inşaat materiallarına xərcləməyə üstünlük verirlər”.
"Bunu uğur göstəricisi hesab edirlər"
İqtisadçı-ekspert Natiq Cəfərli də hesab edir ki, insanların bahalı mobil telefona və mobil nömrəyə maraq göstərməsi onlar uğur göstəricisi hesab etmələrindən irəli gəlir: "Azərbaycanda insanların prestij anlayışı Avropa və digər ölkələrə baxanda fərqlidir. Bizimkilər bu prestijə nümayiş baxımından üstünlük verirlər, yəni bahalı mobil telefon və yaxud nömrəni göstərməklə bunun insana xüsusi status gətirdiyini düşünürlər. Halbuki insanın statusunu müəyyən edən amillər onun təhsili, işi-gücü və qazandığı uğurlar olmalıdır. Etiraf edək ki, uğurlu təhsil və karyera quruculuğu məsələsində problemlər olduğu üçün insanlar prestiji başqa məsələlərdə axtarmağa başlayırlar. Burada həm də məsələnin psixoloji tərəfi var. İnsanlar qonşusuna, qohumuna göstərmək istəyir ki, uğur qazanmışam. Bu uğurun göstəricisi isə bahalı mobil telefon və nömrə olur".
"Azərbaycanda mobil operatorlar özəl şirkətlərdir, yüksək tələbat olan nömrələri neçəyə satmaq məsələsində sərbəstdirlər və bunun dövlət büdcəsi ilə əlaqəsi yoxdur. Büdcə yalnız avtomobil nömrələrindən qazana bilər. Məsələn, qonşu Gürcüstanda “güzgü nömrələr” deyilən qoşa nömrələr hərraca çıxarılır və bu yolla büdcəyə böyük məbləğdə gəlir gətirirlər. Azərbaycanda da belə bir təcrübəni tətbiq edib büdcə gəlirlərini nəzərəçarpacaq dərəcədə artırmaq olar"- deyə o əlavə edib.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 4 gün sonra
-
-
6 saat əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Cahan Şirkətlər Qrupuna daxil olan "Enna" şirkəti "Dayaq" mükafatına layiq görülüb
-
7 saat əvvəl
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
-
7 saat əvvəl
“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası uğurla tamamlanıb
-
7 saat əvvəl
Şikayətlərin yarıya yaxını internet və telefon rabitəsi xidmətlərilə bağlı olub
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Ən çox oxunanlar
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
10 illik proqramı 3 ilə mənimsəmək imkanı - VİDEO+FOTO
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi
Xalq Bankda yeni təyinatlar










.jpg)





.jpg)

