Mərkəzi Bank faiz indekslərini açıqlamağa başlayır - AZİR
Mərkəzi Bank özünün rəsmi internet səhifəsində gündəlik əsasda təminatsız bazarda banklar arasında milli valyutada əməliyyatların orta çəkili faiz dərəcəsini əks etdirən müxtəlif müddətli AZIR (Azerbaijan Interbank Rate) indekslərini açıqlamağa başlayır.
Bu barədə Mərkəzi Bank məlumat yayıb.
Məlumata görə, bu indekslər Mərkəzi Bankın İdarə Heyəti tərəfindən təsdiq edilən “Təminatsız Banklararası Pul Bazarında Bençmark Dərəcəsi (AZIR - Azerbaijan Interbank Rate) üzrə İndekslərin Hesablanması və Açıqlanması Qaydaları” əsasında hesablanır.
İndekslərin hesablanmasında Blumberq ticarət platformasında Azərbaycan Respublikasında fəaliyyət göstərən kommersiya bankları arasında milli valyutada bağlanan əqdlərdən istifadə edilir. Faiz indekslərilə yanaşı Mərkəzi Bankın internet səhifəsində müvafiq tələblərə cavab verən əqdlərin məbləği və sayı da açıqlanacaqdır.
Mərkəzi Bank AZIR indekslərindən pul siyasətinin əməliyyat məqsədlərinə nail olmasının effektivliyinin ölçülməsi göstəricilərindən biri kimi istifadə edir. Bazar iştirakçıları maliyyə bazarında müxtəlif əqdlərin bağlanması zamanı AZIR indeksindən istinad faiz dərəcəsi kimi istifadə edə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
5 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
5 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
5 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
7 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 7 saat əvvəl
-
7 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)




