"AFB Bank" maliyyə vəziyyətini açıqlayıb
"AFB Bank" ASC 2023-cü ilin 1-ci rübünü (yanvar-mart) 2 milyon 603 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü 1 milyon 853 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, 2022-ci ilin 1-ci rübü ilə müqayisədə 2023-cü ilin 1-ci rübündə "AFB Bank"ın xalis mənfəəti 850 min manat və ya 40,5% artıb.
GƏLİRLƏRİ ARTIB
Marja.az xəbər verir ki, ötən ilin ilk rübündə "AFB Bank"ın faiz gəlirləri 4 milyon 244 min manat ikən, 2023-cü ilin ilk rübündə 4 milyon 255 min manat təşkil edib. Bankın qeyri-faiz gəlirləri isə 1 milyon 941 min manatdan 2 milyon 393 min manata yüksəlib.
BANK BÖYÜYÜB
31 Mart 2023-cü il tarixində "AFB Bank" 290 milyon 487 min manat cəmi aktivlərə, o cümlədən 166 milyon 831 min manat kredit portfelinə malik olub. Bank ötən ilin sonunda 282 milyon 381 min manat cəmi aktivlərə, o cümlədən 170 milyon 854 min manat kredit portfelinə malik idi.
İlk rübdə Bankın depozit portfeli 11 milyon manatdan çox artaraq 127 milyon 524 min manata yüksəlib.
31 Mart 2023-cü il tarixində "AFB Bank" 73 milyon 963 min manat məcmu kapitala malik olub. Bank ötən ilin sonunda 82 milyon 459 min manat məcmu kapitala malik idi.
"AFB Bank" ASC-nin nizamnamə kapitalının 99.64 %-i İsmayılov Hikmət Əbuzər oğluna məxsusdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
4 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
4 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
4 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
6 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 6 saat əvvəl
-
6 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)




