“Zirvə” restoranı sudan qanunsuz istifadə edib
Su itkilərinin və israfçılığın qarşısının alınması məqsədilə Abşeron rayonunda nəzarət tədbirləri həyata keçirilib.
"Azərsu" ASC-nin yaydığı məlumatda bildirilir ki, aparılan araşdırmalar zamanı məlum olub ki, Xırdalan şəhəri AAAF Park yaşayış kompleksində fəaliyyət göstərən “Zirvə” restoranında su sayğacı olsa da obyekt sahibi özbaşına çəkilmiş 32 mm diametrli boru vasitəsilə sudan qanunsuz istifadə edib.
Hökməli dairəsi adlanan ərazidə fəaliyyət göstərən dekorativ ağacların satışı məntəqəsində də sudan qeyri-qanuni istifadə edildiyi aşkarlanıb. Obyekt sahibi texniki şərt almadan və müqavilə bağlamadan yaxınlıqdan keçən xəttə qanunsuz qoşulma verib.
Araşdırmalar zamanı Bakı-Sumqayıt yolu yaxınlığında yerləşən obyektdə də suyun talanması aşkar edilib. 50 mm diametrli boru vasitəsilə obyektə çəkilmiş su xətti qəza briqadası tərəfindən kəsilərək ləğv olunub. Hökməli-Qobu yolu üzərində yerləşən obyektlərdə də sudan uçotsuz və qanunsuz istifadə halları aşkarlanıb. Sahibkara məxsus aptek, mobil telefon və aksesuar satışı, geyim mağazası, şirniyyat evi və gözəllik salonunda sudan qeyri-qanuni istifadə edilib.
Aşkarlanmış qeyri-qanuni xətlər və birləşmələr ləğv edilib. Obyekt sahiblərinə su şəbəkəsinə qanuni qoşulma ilə bağlı məlumat verilərək bildirilib ki, içməli sudan qeyri-qanuni və israfçılıqla istifadə edilməsi şəbəkələrdə hidravliki rejimlərin pozulmasına, ciddi su itkilərinə, həmin ərazilərdə yaşayan digər sakinlərin su təchizatının pisləşməsinə səbəb olur. Belə qanunsuz halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək, özbaşına çəkilmiş və sayğacdankənar xətlər ləğv olunacaq.
Qeyd edək ki, 2023-cü ilin yanvar-mart aylarında içməli sudan qanunsuz istifadə ilə bağlı “Azərsu” Açıq Səhmdar Cəmiyyəti üzrə 2639, Abşeron rayonu üzrə 73 fakt aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı “Azərsu” Açıq Səhmdar Cəmiyyəti üzrə 822 min kubmetr, Abşeron rayonu üzrə 27 min kubmetr həcmində sərfiyyat bərpa olunub. 2023-cü ilin yanvar-mart aylarında içməli sudan qanunsuz istifadə ilə bağlı 50-dən çox fakt araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
13 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
-
- 13 saat əvvəl
-
14 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
15 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
- 16 saat əvvəl
-
16 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 16 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Bakı Limanında quru yük aşırılması 77% artıb
Ən çox oxunanlar
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"






















