“Azərsığorta” dövlət icbari şəxsi sığortalar olmadan da bazarın əsas iştirakçısına çevrilir
Ötən ildən başlayaraq tam şəkildə yenilənmə mərhələsini keçən “Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkəti 2022-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb.
Marja.az xəbər verir ki, ötən il Şirkətin cəmi əməliyyat gəlirləri 34 milyon 532 min manat, cəmi əməliyyat xərcləri 44 milyon 985 min manat, xərclər gəlirləri üstələdiyindən əməliyyat zərəri 10 milyon 453 min manat təşkil edib. Xərclərin yüksək olmasının xeyli hissəsi 2022-ci ildən əvvəlki dövrlər ilə əlaqədar ola bilər.
2021-ci ildə Şirkətin cəmi əməliyyat gəlirləri 59 milyon 120 min manat, cəmi əməliyyat xərcləri 73 milyon 414 min manat, əməliyyat zərəri 14 milyon 295 min manat təşkil etmişdi.
“Azərsığorta”nın hesabladığı sığorta haqları 2021-ci ldə 54 milyon 93 min manat ikən, 2022-ci ildə 16 milyon 465 min manat təşkil edib. Sığorta ödənişləri isə 59 milyon 730 min manatdan, 20 milyon 88 min manata düşüb.
Xatırladaq ki, “Azərsığorta”nın dövlət icbari şəxsi sığortalar (Milli Məclisinin deputatlarının, hakimlərin, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarının şəxsi heyətinin, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslərin və toplanışlarda olan hərbi vəzifəlilərin, prokurorların, müstəntiqlərin, ədliyyə, miqrasiya orqanlarında qulluq keçən, təhqiqat aparan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən, fövqəladə halların nəticələrinin aradan qaldırılmasını, ictimai qaydanın mühafizəsini təmin edən, gömrük işini təşkil edən, Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin və mülki müdafiə qüvvələrinin şəxsi heyətinin həyat və sağlamlığının dövlət icbari şəxsi sığortası) sahəsində səlahiyyətləri 2022-ci il yanvarın 1-dən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilib.
Ötən il “Azərsığorta” yuxarıda adları çəkilən növlər üzrə sığorta haqları hesablamadığından Şirkətin gəlirlərində azalma baş verib. Dövlət icbari şəxsi sığortalar olmadan “Azərsığorta”nın 16,5 milyon manat sığorta haqları hesablaması mühüm uğurdur.
Hazırda “Azərsığorta” brendi altında fəaliyyətini uğurla davam etdirən Dövlət Sığorta Şirkəti bütün ölkə üzrə geniş filial şəbəkəsinə malikdir. Şirkət yeni biznes strategiyası ilə bazardakı mövqeyini daha da gücləndirmək üçün inamlı addımlar atmaqda davam edir. Şirkət tam şəkildə yenilənmə mərhələsi keçməkdədir. İslahatlar və yeni layihələr nəticəsində şirkət sığorta bazarında yeni imkanlar yaradaraq bazarın əsas iştirakçısına çevrilməkdə davam edir.
Dinamik inkişaf edən “Azərsığorta” hazırda sığorta qanunvericiliyi ilə nəzərdə tutulmuş bütün növ qeyri-həyat sığortası məhsullarını təklif edir. Şirkət İcbari Sığorta Bürosunun (İSB) və Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) üzvü və fəal iştirakçısıdır.
Prezident İlham Əliyevin 2020-ci il 05 noyabr tarixli, 1174 nömrəli Fərmanına əsasən "Azərbaycan İnvestisiya Holdinqi" təsis edilmiş və 2021-ci il 22 sentyabr tarixli, 2907 nömrəli Sərəncamına əsasən, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin idarə olunmasının əsasları "Azərbaycan İnvestisiya Holdinq"inin səlahiyyətinə verilmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 6 gün sonra
-
-
5 saat əvvəl
Bakcell “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək oldu
-
7 saat əvvəl
33 min 615 baş heyvanın alınmasına 89,8 milyon manat məbləğində güzəşt tətbiq edilib
-
7 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 15% olan istiqrazlar ticarətə buraxılacaq - TARİX
- 7 saat əvvəl
-
7 saat əvvəl
"Dino Park": 3 və daha çox uşağı olan ailələr üçün 20% endirim tətbiq olunacaq
-
8 saat əvvəl
Süd məhsullarının istehsalçılarına ubsidiyaların verilməsi planlaşdırılır
-
8 saat əvvəl
Avropa bankı Qafqazın böyük avtomobil distribütor şirkətinə 25 milyon avro kredit ayırır
-
8 saat əvvəl
Trendyol ölkənin ilk inklüziv kafesi “Kashalata”nın inkişafına dəstəyini davam etdirir
-
8 saat əvvəl
Qızılın qiyməti üzrə dünyanın ən yaxşı proqnoz verən qurumları - SİYAHI
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Bakcell “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək oldu
Ən çox oxunanlar
Avropa bankı Qafqazın böyük avtomobil distribütor şirkətinə 25 milyon avro kredit ayırır
Trendyol ölkənin ilk inklüziv kafesi “Kashalata”nın inkişafına dəstəyini davam etdirir
"Azər-Türk Bank"ın kredit reytinqləri təsdiqlənib - BANK YENİ STRATEGİYA HAZIRLAYIR








.webp)


.jpg)












.jpg)



