Vergi və Gömrük planları artıqlaması ilə yerinə yetiriblər - BÜDCƏ AŞIB-DAŞIR
2023-cü ilin yanvar-mart ayları üzrə dövlət büdcəsinin gəlirləri 2022-ci ilin həmin dövrü ilə müqayisədə Dövlət Vergi Xidməti üzrə 2 milyard 97,3 milyon manat və ya 74,8 faiz çox, Dövlət Gömrük Komitəsi üzrə 313 milyon manat və ya 25,4 faiz çox, Əmlak Məsələləri Dövlət Xidməti üzrə 1,5 milyon manat və ya 23,4 faiz çox, büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar üzrə 33,3 milyon manat və ya 20,2 faiz çox, sair daxilolmalar üzrə 16,3 milyon manat və ya 34,8 faiz çox, Dövlət Neft Fondudan transfert üzrə 1 milyard 181 milyon manat və ya 42,8 faiz az icra edilmişdir.
Bu barədə Marja.az Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Dövlət Neft Fondundan transfert nəzərə alınmadan dövlət büdcəsinin gəlirləri 131,9 faiz icra edilməklə 6 milyard 714 milyon manat təşkil etmişdir ki, bu da əvvəlki illərlə müqayisədə ilk dəfə olaraq 147,1 milyon manat olmaqla dövlət büdcəsində profisitin qeydə alınması deməkdir.
Dövlət büdcəsinin qeyri-neft sektoru üzrə daxilolmaları 2023-cü ilin yanvar-mart ayları üzrə dövlət büdcəsinin daxilolmalarının 53,4 faizini təşkil etməklə 4 milyard 430 milyon manat olmuşdur ki, bu da proqnozla müqayisədə 798.4 milyon manat və ya 22,0 faiz, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 734,9 milyon manat və ya 19,9 faiz çoxdur.
Xəbər verdiyimiz kimi, 2023-ci ilin birinci rübündə dövlət büdcəsinin gəlirləri 8 milyard 290 milyon manat, xərcləri 6 milyard 566,9 milyon manat olmuş, 1 milyard 723,1 milyon manat məbləğində dövlət büdcəsinin artıqlığı (profisit) yaranmışdır ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 343 milyon manat və ya 24,9 faiz çoxdur.
2023-cü ilin yanvar-mart aylarında dövlət büdcəsinin gəlirlərində qeyri-neft sektoru üzrə daxilolmaların 59 faizini və ya 2 milyard 615,5 milyon manatını Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar, 34,9 faizini və ya 1 milyard 545 milyon manatını Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmalar, 4,5 faizini və ya 198,4 milyon manatını büdcə təşkilatlarının büdcədənkənar daxilolmalar, 1,4 faizini və ya 63,2 milyon manatını sair daxilolmalar, 0,2 faizini və ya 7,9 milyon manatını Əmlak Məsələləri Dövlət Xidmətinin daxilolmaları təşkil edir.
Dövlət büdcəsinin neft sektoru üzrə daxilolmaları 3 milyard 860 milyon manat təşkil etmişdir ki, bu da proqnozla müqayisədə 417,4 milyon manat və ya 9,8 faiz az (Dövlət Neft Fondundan nəzərdə tutulandan 1 milyard 244 milyon manat az vəsait daxil olub), 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 545,5 milyon manat və ya 16,5 faiz çoxdur.
2023-cü ilin yanvar-mart aylarında dövlət büdcəsinin gəlirlərində neft sektoru üzrə daxilolmaların 59,2 faizi və ya 2 milyard 284 milyon manatı vergi orqanlarının xətti ilə daxilolmalar, 40,8 faizi və ya 1milyard 576 milyon manatı Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfert təşkil edir. Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə mədaxil olmuş neft gəlirlərinin 67,7 faizi və 1 milyard 545,7 milyon manatı Şahdəniz yatağı üzrə mənfəət vergisi, 22,5 faizi və ya 513,1 milyon manatı Dövlət Neft Şirkətinin ödədiyi müvafiq vergilər, 9,8 faizi və ya 225,2 milyon manatı ABƏŞ-in mənfəət vergisi təşkil edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
-
37 d. əvvəl
Mədəni sərvətləri ehtiyatsızlıqdan məhv edənlər 2 ilədək həbs oluna bilər
-
43 d. əvvəl
Şarj növbəsi? Unut - Hibridlərin yeni nəsli artıq Azərbaycanda!
- 53 d. əvvəl
- 56 d. əvvəl
-
1 saat əvvəl
Hökməli və Qobuda yolların təmirinə 1,4 milyon manat ayrıldı
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycana körfəz və MDB ölkələrindən gələnlərin sayı azalıb
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Bank marketinq agentliyi xidmətləri satın alır
Hökməli və Qobuda yolların təmirinə 1,4 milyon manat ayrıldı
Dekabrın 20-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Azərbaycandan Gürcüstana və İrana gedənlərin sayı artıb, Rusiya və Türkiyəyə gedənlərin sayı isə azalıb
Azərbaycana körfəz və MDB ölkələrindən gələnlərin sayı azalıb
Naxçıvanda 136 layihə üzrə yeni istehsal və xidmət sahələri yaradılıb, sahibkarlarının ixracı artıb
ABB növbəti dəfə yüksək təhlükəsizlik sertifikatı aldı!
“Araz” supermarketlər şəbəkəsi “Dayaq” mükafatına layiq görülüb
Unicapital “Yeni Nəsil Maliyyə” forumunun sponsoru olub
Makron: Avropa Putinlə dialoqu bərpa etməlidir













.jpg)



.jpg)
