ABŞ-da inflyasiya rəqəmləri açıqlandı - FED BİR DƏFƏ DƏ FAİZ ARTIRA BİLƏR
ABŞ-da istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) mart ayında aylıq və illik müqayisələrdə proqnozlardan aşağı olub. Baza inflyasiya isə FED-in “oyunda qalacağı” gözləntisini artıraraq yüksəlməyə davam edib.
Marja xəbər verir ki, 2023-cü ilin mart ayında ABŞ-da baza inflyasiyasının yüksəlişi davam edib və bu, faiz artımlarının növbəti ayda da davam edəcəyinə dair gözləntiləri gücləndirib. Ümumi inflyasiya proqnozdan aşağı olub.
ABŞ Əmək Nazirliyinin məlumatlarına görə, ümumi inflyasiya aylıq 0,1 faiz təşkil edib və illik isə 6 faizdən 5 faizə enib. Fevralda aylıq inflyasiya 0,4 faiz təşkil etmişdi.
İqtisadçıların orta proqnozları aylıq 0,2 faiz, illik 5,1 faiz idi.
Baza inflyasiyası proqnozlara uyğun olaraq aylıq 0,4 faiz olub (əvvəlki ay 0,5% olmuşdu).
Baza inflyasiyası illik müqayisədə sürətlənməyə davam edərək, fevral aydakı 5,5%-dən martda 5,6%-ə yüksəlib. Proqnoz 5,6% idi.
Bu rəqəmlər xüsusilə xidmət sektorunda "yapışqan inflyasiyanın" davam etdiyini göstərir. Bank sektorunda baş verən son qarışıqlığın iqtisadiyyata təsiri siyasətçilər tərəfindən yaxından izlənilsə də, inflyasiyanın artması və güclü məşğulluq ABŞ Mərkəzi bankının (FED) ən azı bir dəfə də faiz artıracağı və sonra gözləyəcəyi (pauza verəcəyi) fikrini gücləndirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 3 d. əvvəl
-
- 23 d. əvvəl
- 39 d. əvvəl
-
40 d. əvvəl
Bu gün Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaq
-
51 d. əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın kredit portfeli biznes kreditləri hesabına artıb
-
1 saat əvvəl
Əhalinin borc yükü və istehlak kreditləri üzrə qeyri-işlək portfel artıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb
Azərbaycanda median aylıq kirayə haqqı 1000 manatı keçib
Bank sektorunda təmərküzləşmə azalıb
Ən çox oxunanlar
Sığorta sektorunun zərərlilik dərəcəsi artıb
BOKT sektorunun xalis kredit portfeli 30 faizə yaxın artıb
"Expressbank" 2026-cı ilin ilk rübündə mənfəətini artırıb
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib
PAŞA Kapital ilə PAŞA Bank səhmdarı ol















.jpg)





