Rublun kəskin ucuzlaşması Rusiyada inflyasiyanı sürətləndirir
“İqtisadiyyata böyük ziyan vuran milli valyutanın məzənnəsinin səviyyəsi deyil, onun artan volatilliyidir. Çünki bu, biznesə, hökumətə və vətəndaşlara iqtisadi fəaliyyətləri effektiv planlaşdırmağa imkan vermir”.
Marja xəbər verir ki, bunu Rusiyada fəaliyyət göstərən "Sovcombank"ın rəhbəri analitik Mixail Vasilyev bildirib.
O qeyd edib ki, bir ildən bir qədər əvvəl - 2022-ci ilin yanvar-fevral aylarında bir dollar 75-80 rubl diapazonunda ticarət edilən zaman pis bir şey olmamışdı.
Bir dollar üçün 80 rubl və ondan yuxarı məzənnə uzun müddət saxlanılarsa, bu, şirkətlərə, insanlara və hökumətə yeni şərtlərə uyğunlaşmaq imkanı verəcək.
Digər tərəfdən, rublun zəifləməsi inflyasiyanın sürətlənməsinin əsas risklərindən biridir. Rubl ilin əvvəlindən 14 faiz ucuzlaşıb və 7 Aprel 2023-cü il tarixində Dolların məzənnəsi yenidən 83 rublu test edib.
"Rosstat"ın məlumatına görə, ilin əvvəlindən istehlak qiymətləri cəmi 1,6 faiz artıb. Çox güman ki, idxalçılar qarşıdakı aylarda artan xərcləri istehlak qiymətlərində əks etdirəcəklər.
Mixail Vasilyevin sözlərinə görə, baza ssenarisində illik inflyasiyanın yayda hədəf səviyyəsindən yuxarı qalxacağı və ilin sonuna kimi 7,5 faizə yüksələcəyi gözlənilir. Qiymətlərin ehtimal olunan sürətlənməsinin səbəbləri rublun zəifləməsi, büdcə kəsirinin artması, iqtisadi fəaliyyətin durğunluğu və əmək bazarında kadr çatışmazlığı ola bilər.
Qiymət artımını cilovlamaq üçün Rusiya Mərkəzi Bankı ilin ortalarında əsas faiz dərəcəsinin (uçot dərəcəsinin) artırılması dövrünə başlayacaq və ilin sonuna qədər dərəcəsini 1,50 faiz bəndi artıracaq və 9 faizə çatdıracaq.
Risk həm də rublun dollara nisbətdə zəifləməkdə davam edərək 80-dən çox yuxarı qalxmasıdır. Bu halda Rublun daha çox ucuzlaşacağı və inflyasiya gözləntilərini arta bilər ki, bu da xarici valyutaya tələbin artmasına və rublun daha da zəifləməsinə səbəb olacaq. Bu ssenaridə Rusiya Mərkəzi Bankı inflyasiyanı cilovlamaq və rublu dəstəkləmək üçün uçot dərəcəsini daha tez və kəskin artıra bilər. İqtisadiyyatda faizlərin artması istehlak və investisiya fəallığını məhdudlaşdıracaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
48 d. əvvəl
Kapital Bank güzəştli kreditlərin verilməsinə dair müqavilə imzalayıb
-
-
49 d. əvvəl
Azərbaycan Kredit Bürosu ilə Çinin Pudao Kredit Bürosu arasında görüş keçirilib
-
1 saat əvvəl
Azərbaycanda orta maaş 5 faizdən çox artaraq 1099,1 manat təşkil edib
-
1 saat əvvəl
"Expressbank"ın biznes kreditləri portfeli 200 milyon manat səviyyəsini keçib
-
1 saat əvvəl
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Bağçalı” otelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlib
Xalq Bank I rübün yekunlarını açıqladı
Ən çox oxunanlar
Çinin ixracı yavaşlayıb
Azərbaycan neftinin son qiyməti
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb
Azərbaycanda median aylıq kirayə haqqı 1000 manatı keçib




.jpg)











.jpg)









