Qlobal bankdan "Azərbaycanda inflyasiya ilə bağlı " proqnoz
AİB: Azərbaycanda inflyasiya azalacaqAsiya İnkişaf Bankı (AİB) Azərbaycanda orta illik inflyasiyanı 2023-cü ildə 7% proqnozlaşdırıb.
AİB 2024-cü ildə Azərbaycanda inflyasiyanın 6,5%-ə qədər azalacağını proqnozlaşdırıb.
"Bununla belə, ölkədə minimum əmək haqqı və pensiyaların artırılması inflyasiyaya təkan verə bilər”, - bank qeyd edib.
Asiya İnkişaf Bankı Azərbaycanın iqtisadi artım proqnozunu açıqlayıb
Asiya İnkişaf Bankı (AİB) 2023-cü ildə Azərbaycanın ümumdaxili məhsul (ÜDM) artımını 3,5% səviyyəsində proqnozlaşdırıb. AİB 2024-cü ildə Azərbaycanda ÜDM-in artımını 3,8% müəyyən edib.
“Biz 2023-cü ildə Azərbaycanda ÜDM-in mülayim artımını 3,5% səviyyəsində proqnozlaşdırırıq ki, bu da 2024-cü ildə bir qədər sürətlənərək 3,8%-ə çatacaq. Hesablamalarımıza görə, Azərbaycanda sənaye istehsalının artımı 2023-cü ildə 0,5%, 2024-cü ildə 1% təşkil edəcək”, - AİB qeyd edib.
Bank fermerlərə subsidiyaların davam etdirilməsi, onlara güzəştli şərtlərlə kreditlərin verilməsi hesabına Azərbaycanın aqrar-sənaye sektorunda 2023-cü ildə 3,8%, 2024-cü ildə isə 4% artım proqnozlaşdırdığını vurğulayır.
AİB-in hesablamalarına görə, 2023-2024-cü illərdə Azərbaycanın tikinti sektorunda artım müvafiq olaraq 12% və 11% olacaq.
2023-cü il üçün Azərbaycanın xidmət sektorunda artım 7%, sonrakı dövr üçün isə 7,5% səviyyəsində proqnozlaşdırılır və bu artım pərakəndə ticarətin, nəqliyyat sektorunun inkişafı, eləcə də Qazaxıstan neftinin ərazidən daşınması hesabına təmin ediləcək.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
- 18 d. əvvəl
-
-
45 d. əvvəl
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
- 47 d. əvvəl
- 21 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
Qızıl daha da ucuzlaşıb
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
Azərbaycan Litva şirkətilə birgə fabrik yaradır
Azərbaycan neftinin son qiyməti
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Ən çox oxunanlar
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub






















