“MEDİAlab” layihəsi çərçivəsində ali təhsil müəssisələrinin tələbələri üçün infosessiya keçirilib
Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “MEDİAlab” layihəsi çərçivəsində ali təhsil müəssisələrinin tələbələri üçün infosessiya keçirilib.
Agentliyin yaydığı məlumatda bildirilir ki, tədbirdə açılış nitqi ilə çıxış edən Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli bildirib ki, bu layihə media sahəsində innovasiya və inkişaf yönümlü fəaliyyətin davamlılığının təmin edilməsi, təhsil prosesində ənənəvi medianın rəqəmsal mediaya inteqrasiyasının dəstəklənməsi və gənclərin bacarıqlarının inkişafında müstəsna rol oynayacaqdır.
Tədbirin davamında MEDİA Agentliyinin nümayəndəsi Pərvanə İbrahimova media sahəsində gənc və peşəkar mütəxəssislərin hazırlanması və tendensiyalara uyğun rəqəmsal media bacarıqlarının inkişaf etdirilməsinin vacibliyini qeyd edib.
Sonra MEDİA Agentliyinin nümayəndəsi Aytən Babayeva “MEDİAlab” layihəsinin təqdimatını edərək, layihənin əsasən iki komponentdən - maarifləndirmə və bacarıqların inkişafından ibarət olacağını bildirib.
MEDİA Agentliyinin nümayəndəsi Aynur Zeynallı isə layihə çərçivəsində keçirilən sorğunun nəticələri və bir illik fəaliyyət planı haqqında məlumat verərək, növbəti mərhələdə müxtəlif ardıcıl inkişaf proqramlarının təşkil olunacağını vurğulayıb.
Tədbirin ikinci hissəsində Azərbaycan Televiziyasının “Xəbərlər” proqramının aparıcısı, telejurnalist Ruslan Həsənov tərəfindən “Newslab” - yaradıcı düşünmə, məzmun istehsalı və xəbər hazırlanması ilə bağlı bacarıqların inkişafı vörkşopu keçirilib. İnteraktiv müzakirə formatında keçirilən sessiyada Ruslan Həsənov iştirakçıları maraqlandıran sualları cavablandırıb, onlara praktik tapşırıqlar verib.
“MEDİAlab” layihəsinin əsas məqsədi texnoloji transformasiya zəncirinin əsas halqalarından olan insan resurslarının inkişafı üçün müvafiq sahədə kadr potensialının artırılması, media subyektləri və ali təhsil müəssisələri arasında qarşılıqlı fəaliyyət və əməkdaşlığın genişləndirilməsinə dəstək göstərilməsi, gənclərə rəqəmsal media bacarıqlarının təkmilləşdirilməsi üçün əlverişli ekosistemin yaradılmasıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
6 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur









.jpg)







.jpg)

