Credit Suisse UBS ilə birləşdirilə bilər
İsveçrə hökuməti problemli Credit Suisse-ni bank nəhəngi UBS ilə 20 Mart Bazar ertəsi ticarətinin açılışına qədər birləşdirmək üçün müqavilə bağlamaq niyyətindədir.
Marja xəbər verir ki, bu barədə Financial Times məlumat yayıb.
Mənbələrə görə, bu variant ölkənin kredit təşkilatlarına “etimadın azalmasının dayandırılmasının” yeganə mümkün yolu kimi qiymətləndirilir.
Nəşrin həmsöhbətlərinin sözlərinə görə, onlar prosesi sürətləndirmək üçün fövqəladə tədbirlərdən istifadə edərək niyyətindədirlər: bu, bazar günü, martın 19-u axşamdan əvvəl edilməlidir. Belə ki, bazar ertəsi birjaların açılışında çöküş olmasın.
Ölkənin maliyyə bazarlarına nəzarət xidməti (Finma), İsveçrə Milli Bankı, Credit Suisse və UBS bankları nəşrin sorğusuna cavab verməyib. Bununla belə, qəzet yazır ki, tənzimləyicilər bu sövdələşməni “etimadın azalmasının dayandırılmasının” yeganə yolu kimi görürlər.
Bundan bir gün əvvəl, martın 18-də İsveçrə hökumətində Credit Suisse-nin gələcəyini müzakirə etmək üçün fövqəladə iclas keçirilib.
Credit Suisse-in sahiblərinin qismən və ya tamamilə dəyişəcəyi ilə bağlı söhbət, Bankın Birləşmiş Ştatlarda başlayan bank böhranı fonunda problem yaşamasından daha əvvəl yayılmışdı. Martın 15-də İsveçrə banklarının kotirovkaları 20 faizdən çox ucuzlaşıb.
Müştərilərin xəbərləri
ABV və Hikvision tərəfdaşlığı ilə LED, rəqəmsal və interaktiv ekran həlləri Azərbaycan bazarında - FOTOLAR
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
9 saat əvvəl
Aqrar Sığorta Fondunun idarəedici şirkətinin aktivləri azalıb
- 9 saat əvvəl
-
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
“Xalq Sığorta”nın mənfəəti artıb – şirkət 2025-ci ili 6 milyon manatdan çox qazanc ilə tamamlayıb
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
12 saat əvvəl
Azərbaycan Banklar Assosiasiyasının nümayəndə heyəti Yaponiyada işgüzar səfərdə olub
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Aqrar Sığorta Fondunun idarəedici şirkətinin aktivləri azalıb
“Meqa Həyat Sığorta”nın xalis mənfəəti 2,5 dəfə artıb
“Atəşgah Həyat Sığorta”nın mənfəəti artıb
“Xalq Sığorta”nın mənfəəti artıb – şirkət 2025-ci ili 6 milyon manatdan çox qazanc ilə tamamlayıb
“A-Qrup Sığorta”nın xalis mənfəət 7 dəfə artıb
"Atəşgah Sığorta" 2025-ci ili xalis mənfəətlə başa vurub
Ən çox oxunanlar
"İpək Yolu Sığorta"nın xalis mənfəəti 44 %-ə yaxın azalıb
"Azərbaycan Sənaye Sığorta" mənfəətdən zərərə keçib
Azərbaycan Banklar Assosiasiyasının nümayəndə heyəti Yaponiyada işgüzar səfərdə olub
Ələtdə data mərkəzin yaradılması müzakirə edilib - “Haimaker”in direktoru ilə görüş keçirilib
ABV və Hikvision tərəfdaşlığı ilə LED, rəqəmsal və interaktiv ekran həlləri Azərbaycan bazarında - FOTOLAR
"Qala Həyat Sığorta"nın xalis mənfəəti 21 faiz artıb
"Meqa Sığorta"nın xalis mənfəəti artıb
SOCAR-ın prezidenti “ITOCHU”nun baş əməliyyat direktoru ilə görüşüb



















