Azərbaycanda inflyasiya açıqlandı
Azərbaycanda illik inflyasiya yenidən sürətlənərək yanvardakı 13,6 faizdən 14,1 faizə yüksəlib.Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, 2023-cü ilin yanvar-fevral aylarında istehlak qiymətləri indeksi 2022-ci ilin yanvar-fevral aylarına nisbətən 13,9 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 17,3 faiz, qeyri-ərzaq məhsulları üzrə 12,2 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 10,6 faiz tartıb. 2023-cü ilin fevral ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1,5 faiz, əvvəlki ilin fevral ayına nisbətən 14,1 faiz yüksəlib.
Xatırladaq ki, 2023-cü ilin yanvar ayında istehlak qiymətləri indeksi 2022-ci ilin yanvar ayına nisbətən 13,6 faiz artmışdı. Beləliklə, illik inflyasiyanın sürəti 0,5 faiz bəndi artıb.
2023-cü ilin fevral ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1,8 faiz, əvvəlki ilin fevral ayına nisbətən 17,1 faiz qalxıb.
Cari ilin fevral ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma yulaf yarmasının, düyünün, vaflinin, peçenyenin, mal və qoyun ətinin, balıq konservlərinin, sterilizə olunmuş üzlü südün, yoqurtun, pendirin, zeytun yağının, naringinin, narın, almanın, bananın, soğanın, kartofun, kələmin, xiyarın, pomidorun, şəkərin, konfetlərin, çayın, kola içkisinin, meyvə şirəsinin, arağın, ucuzlaşma isə əsasən qarabaşaq yarmasının, yumurtanın, günəbaxan və qarğıdalı yağlarının, mərcinin qiymətlərində müşahidə olunmuşdur. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
2023-cü ilin fevral ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,4 faiz, əvvəlki ilin fevral ayına nisbətən 12,2 faiz yüksəlib. Fevral ayında əvvəlki ayla müqayisədə qeyri-ərzaq məhsullarından daha çox bahalaşma boyaların, tozsoranların, soyuducuların, elektrik çaydanlarının, sintetik yuyuсu vasitələrin, sabunların, diş pastalarının, dezodorantların, ucuzlaşma isə əsasən kəsilmiş taxtaların, televizorların və yazı kağızlarının qiymətlərində müşahidə olunmuşdur. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
2023-cü ilin fevral ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 2 faiz, əvvəlki ilin fevral ayına nisbətən 11,4 faiz yüksəlib. Fevral ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən daha çox bahalaşma metro nəqliyyatında, şəhərdaxili, şəhərətrafı və şəhərlərarası avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərində, mənzillərin icarə haqlarında, paltarların və məişət cihazlarının təmiri xidmətlərinin qiymətlərində, ucuzlaşma isə hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunmuşdur. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
-
30 d. əvvəl
Aviayanacaq qiymətlərinin 70% artması aviaşirkətlərə əlavə 100 mlrd dollara başa gələcək
-
- 36 d. əvvəl
-
41 d. əvvəl
Tramp: Netanyahu ABŞ-ın İranla bağlayacağı istənilən sazişi qəbul etməli olacaq
- 46 d. əvvəl
- 50 d. əvvəl
-
50 d. əvvəl
Yaxın Şərqdə yenidən alovlanan hərbi əməliyyatlardan sonra neft qiymətləri yüksəlib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
Aviayanacaq qiymətlərinin 70% artması aviaşirkətlərə əlavə 100 mlrd dollara başa gələcək
Rəsmi məzənnələr açıqlandı
Tramp: FED-in faiz artırması yanlış olar
Qızıl daha da ucuzlaşıb
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 5 GÜN
Ən çox oxunanlar
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
Paşinyan qələbəsini elan edib
Azərbaycan Litva şirkətilə birgə fabrik yaradır
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb


















.jpg)



