Daha bir şirkət kağız məmulatları istehsalına başlayır
Naxçıvanda “Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyətində salfet istehsalı sahəsinin yaradıb.
Marja xəbər verir ki, şirkətin yeni istehsal sahəsi Sahibkarlığın İnkişafı Fondu tərəfindən verilmiş güzəştli kredit və “Ləzzət Qida Sənaye” MMC-nin vəsaiti hesabına inşa olunub. Müəssisədə artıq tikinti işləri yekunlaşıb, hazırda sınaq istehsalı və avadanlıqların tənzimlənməsi işləri aparılır.
İstehsal sahəsində yüksəkkeyfiyyətli kağız məmulatları – salfet, mətbəx dəsmalı, tualet kağızı, qutu salfetlər və digər çeşidlər istehsal olunacaqdır. Müəssisənin istehsal gücü gündə 8 ton hazır məhsul çıxarılmasına imkan verir. Türkiyənin bu sahədə aparıcı şirkətlərinə məxsus avadanlıqlar vasitəsilə istehsal olunacaq məhsullar bazar şəraiti və rəqabət mühitinə uyğun şəkildə istehlakçıya təqdim olunacaqdır.
Müəssisənin tam şəkildə işə düşməsi nəticəsində 20 nəfərlik yeni iş yerinin açılması nəzərdə tutulur.
İkin mərhələdə məhsulların daxili bazarda və Azərbaycanın digər regionlarında satışı nəzərdə tutulur, növbəti mərhələdə isə ixracın təşkil edilməsi planlaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
2 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 2 gün sonra
-
-
9 d. əvvəl
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
-
32 d. əvvəl
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
- 42 d. əvvəl
-
1 saat əvvəl
Kapital Bankın 50 milyon manatlıq istiqrazları ticarətə buraxılır - ŞƏRTLƏR
-
1 saat əvvəl
Xəzər sahilində və Sumqayıtın inkişaf edən hissəsində yeni mənzil fürsəti
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Regional” BOKT-un 1 milyon manatlıq istiqrazları ticarətə buraxılır - ŞƏRTLƏR
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - YENİ SİYAHI
Ən çox oxunanlar
XalqKartda faiz hesablanan qalıq məbləği artırıldı
BakıKart artıq ABB mobile-da!
"Azərkosmos"dan 11 milyon dollarlıq ixrac
Qızıl 1-ci, pomidor 2-ci, mis filizləri 3-cü yerdə qərarlaşıb - Qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
























